InsigniaHatch_FeaturesSpecs_Accessories_cnt_imgpar_1_18alloywheels_310x180_1000_inpi09_e01_601_18_Q02

Avtomobil sənayesində inqilab

Baxış sayı: 2. 111

Volkswagen konserni və məşhur elektromühərrik istehsalçısı Protean yeni nəsil avtomobil hazırlamaq üçün güclərini birləşdirəcəklər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu işbirliyi nəticəsində VW Jetta elektromobilinin ərsəyə gətirilməsi planlaşdırlır.

Bu avtomobilin mühərrikləri təkərlərdə olacaq. Bu ilin sonuna qədər təkər-mühərriklərin sınaqları keçiriləcək.

Mühəndislər həmin mühərrikləri arxa təkərlərdə quraşdırmağı planlaşdırırlar.

Bu cür avtomobilin idarəetməsi tamamilə fərqli olacaq. Mühəndislər hesab edirlər ki, bu avtomobillərin təkərlərindəki dartınma göstəriciləri adi elektromobildəkindən qat-qat yüksək olacaq.

Arxa təkərlərə quraşdırılacaq mühərriklərin hər biri 100 at gücünə malik olacaq.

InsigniaHatch_FeaturesSpecs_Accessories_cnt_imgpar_1_18alloywheels_310x180_1000_inpi09_e01_601_18_Q02




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir