yaqut qasimova

Prolaktin yüksəkliyi sonsuzluğa səbəb olurmu? – HƏKİM YAZIR

Baxış sayı: 560

Prolaktin orqanizmdə süd istehsalını təmin edən hormondur. Qadın hamilə olanda yüksələn hormonlar prolaktini xəbərdarlıq edərək döşlərdən süd istehsalını həyata keçirirlər. Bəzi qadınlarda kolostrum adı verilən erkən süd məmələrdən hələ hamiləlik dövründə ana olmadan da ifraz oluna bilir və bunun normal olduğu güman edilir.

Prolaktin hormonu hamiləlik olmadan da müəyyən səviyyədə qadın çoxalma orqanlarının inkişafı və funksiyası üçün lazımdır. Bu hormon beynimizin alt hissəsindəki hipofiz deyilən orqandakı hüceyrələrdə istehsal olunur və qana keçir. Yenə beynin hipotalamus deyilən hissəsindən ifraz olunan dofamin adı verilən bir başqa maddənin ifrazı ilə nəzarət altında saxlanılır.

 

Prolaktin yüksəlməsinin səbəbləri nələrdir?

Prolaktin hormonu;

Hamiləlikdə,Hipofiz toxumanın adenoma deyilən şişlərində,

Qalxanabənzər hormonun pozğunluqlarında,

Esterogen hormonunun yüksəlmələrində,

Dopamin deyilən hormonun ifrazının azalması vəziyyətində (şişlər, bəzi dərmanlar və  hipofiz vəzinin şişi)

Bəzi psixiatrik və ya hipertoniya dərman vasitələrinin istifadəsində,

Ancaq bəzən də heç bir səbəb ortaya qoyula bilməz. Prolaktin hormonunun yüksəlməsinə hiperprolaktinemi adı verilir.

 

Prolaktin hormonu yüksələndə (hiperprolaktinemi vəziyyətində) orqanizmdə nə olar?

Menstruasiya nizamsızlıqları (az menstruasiya olma, seyrək menstruasiya olma, menstruasiya ola bilməmək)

Döş ucu axıntısı (hamiləlikdən başqa, süd gəlməsi galaktoreya adlanır)

Ovulyasiyanın pozulmasına bağlı olaraq hamilə qala bilməmə (nəticəsizlik) görülə bilər

Prolaktin yüksəkliyinin bilmək qandakı prolaktin səviyyəsinin ölçülməsi ilə qoyulur. Ancaq bu ölçü aparılarkən bəzi nöqtələrə diqqət edilməlidir:

Səhər saat 10:00-11:00 arasında baxılmalıdır,

Testin səhəri cinsi əlaqədə olmamalıdır,

Test öncəsi bir neçə gün süd vəzini qıcıqlandırılmaqdan çəkilməli (dar lifçik taxılmamalı, döşləri yumaq üçün olsa belə təzyiq edilməməlidir),

Mümkünsə ac olmalıdır.

İstifadə edilən dərmanların, xüsusilə, psixiatrik dərmanların kəsilməsi lazımdır.

Qan nümunəsi alınmadan əvvəl stressdən uzaq olmaq önəmlidir, mümkünsə 10-15 dəqiqəyə qədər sakit bir yerdə oturub, sonra qan nümunəsi almaqda fayda vardır.

Menstruasiya nizamsızlığı, hamilə qala bilməmək, döşlərdən süd vermə dövründən  başqa, süd gəlməsi şikayətlərindən hər hansı biri və ya bir neçəsi ilə müraciət edən qadınlardan qanda prolaktin hormon səviyyəsi ölçülməsi tələb olunur.

Hiperprolaktinemiya diaqnozu olan bir qadında hormon səviyyəsi bəlli bir səviyyənin üzərində (adətən adi 5-25 ngr/mldir) olanda adətən hipotalamusu və hipofizi araşdırılır. Bu araşdırmanın məqsədi qadında hipofiz adenoması deyilən və hiperprolaktineminin ən sıx səbəbi olan xoş xassəli hipofiz şişi olub-olmadığının araşdırılması və bölgədə hiperprolaktinemiya probleminə səbəb ola biləcək digər nadir halların araşdırılmasıdır. Təsvir üsulu kimi sadə bir türk yəhəri (“cella turcica”) (beyində içində hipofizin olduğu anatomik bölgə) rentgeni tələb olunacağı kimi, adenoma şübhəsinin yüksək olduğu hallarda diaqnozu qoymaqda bizə daha dəqiq yardımçı olan KT (kompüterli tomoqrafiya) və ya MRT (maqnit rezonans tomoqrafiya) lazımdır.

 

Prolaktin yüksəkliyi sonsuzluğa səbəb olurmu?

Hamilə qala bilməyən qadınlarda nəticəsizlik səbəblərindən biri də prolaktin hormonun hədsiz yüksəkliyidir. Ancaq hər prolaktin yüksəkliyi olanda sonsuzluq görülməyə bilər. Prolaktin hormonu artdıqca qadının ovulyasiya funksiyasında qüsurlar müşahidə olunur. Bu pozulma prolaktin hormonunun yüksəkliyi ilə düz mütənasibdir. Yəni prolaktin hormonu nə qədər yüksəkdirsə, ovulyasiya funksiyaları da o qədər pozulacaq və sonunda heç menstruasiya ola bilməmək, menstruasiyanın kəsilməsi də yarana bilər.

Qan prolaktini yüksək olan qadınlarda menstruasiya nizamsızlığı tez-tez müəyyənləşdirilərkən, bərabərində döşlərdən süd gəlməsi kimi şikayətlər ola bilər, ya olmaya da bilər. Hamiləlik dövründə olmayan bir qadının qanında prolaktin yüksəkliyinə süd vəzi toxumasının hər zaman süd istehsalı ilə cavab verməsi mümkün deyil. Buna qarşılıq döşlərindən süd gəlmə şikayəti olan qadınlarda bəzən prolaktin hormonu səviyyəsi normal da ola bilər. Bunun mümkün səbəbi müasir klassik laboratoriya üsulları ilə ölçülməyən, ancaq güclü süd konstruktiv xüsusiyyətləri olan bəzi prolaktin hormonu növlərinin mövcudluğudur.

 

Prolaktin yüksəkliyi necə müalicə edilir?

Hiperprolaktinemiya dərman müalicəsinə yaxşı cavab verir. Müalicədə dərman istifadəsi ən etibarlı və sağlam üsuldur, prolaktin hormonu istehsalını və qana ifrazına nəzarət edən hormona qarşı dərmanlar istifadə edilir və xəstələrin çoxunda dərman müalicəsi ilə problem aradan qalxır.

Ancaq dərman müalicəsi yan təsirlərdən dolayı asan müalicə deyil. Bəzi xəstələrdə baş gicəllənmə, ürək bulanma və halsızlıq, təzyiqdə azalıb artma kimi problemlər yarada bilər, bunlar zaman içərisində azalır və müalicə bitəndə də itirlər. Prolaktin səviyyəsini yüksəldən səbəbi tapmağa çalışmalı və ona qarşı müalicə edilməlidir. Şikayət hamilə qalmağa səbəb olduqda və insanda prolaktin yüksəkliyi müəyyən olunmuşsa, ümumiyyətlə, prolaktin səviyyəsini salan dərmanlar və bəzən isə bərabərində ovulyasiyanı düzəldəcək dərmanlar istifadə edilir. Problem döşlərdən süd gəlməsi olduqda isə prolaktin səviyyəsini salan dərmanlardan istifadə edilir.

Şikayət menstruasiya nizamsızlığı olanda yenə də prolaktin səviyyəsini salan dərmanlardan istifadə edilə bilər. Ancaq hamilə qala bilməyən bir qadında yalnız əlaməti ortadan qaldıran, yəni menstruasiyanı qaydaya salan hamiləlik əleyhinə həblər kimi dərmanlardan da istifadə edilə bilər.

 

Mama-ginekoloq Yaqut Qasımova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir