Ulviyye Efendiyeva

Tik nədir? – MÜTƏXƏSİS YAZIR

Baxış sayı: 537

Tiklər müəyyən əzələ qrupunun təkrarlanan hərəkəti nəticəsində yaranan ani, təkrarlanan hərəkətlər (motor tiklər) və ya səslərdir.

Səs tikləri havanın burunun, ağız və qırtlaqdan keçməsi nəticəsində yaranan qeyri- iradi səslərdir. Səs telləri də səslərin yaranmasında rol oynaya bilər.

Sadə hərəkət tikləri göz qırpma və çiyin çəkmə kimi ani  hərəkətlərdir. Bu, əl çalmaq, ağız hərəkətkəri, boyun uzatmaq, baş, qol, ayaq silkələmək və üz formaları yaratmaq kimi özünü göstərə bilər. Sadə vokal tiklər istənilən səs və ya səs- küy yarada bilər. Ümumi növlərə boğaz təmizləmə, öskürmə, iyləmə daxildir.

Mürəkkəb tiklər – kompleks tikləri çox vaxt məqsədyönlü görünür və daha uzunmüddət davam edir.

AQRESSIYA

Mürəkkəb vokal tiklər, exolali( başqasının dediyi sözlərin təkrarı), özünün dediyi sözlərin  təkrarı, oxuduqdan sonra sözlərin təkrarı, təhqir və nalayiq sözlərin təkrarı kimi özünü göstərir.

Tiklər hər bir insanda keçirilmiş güclü psixoloji gərginlikdən sonra baş verə bilər. Ən çox uşaqlarda, 2-10 yaş arası təsadüf olunur.

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir