Rusiyalı stilist Aleksandr Roqov 2023-cü ilin yazının əsas modasını açıqlayıb. Bu haqda o, özünün teleqram hesabında yazıb.
“Əsas tendensiyalar: heyvan izləri, qanqster kostyumları, metal teksturalar, puflar, laklı dərilər”, – deyə mütəxəssis mövsümün hitlərini sadalayıb.
Raqovun sözlərinə görə, yazda parlaq ayaqqabılarla birləşən ilan dərisi rəngli yağış paltarları, nazik qayışlı “bəbir naxışlı” paltarlar, düz kəsikli gödəkçə ilə həcmli kostyumlar, metal ətəklər və laklı dəri gödəkçələr aktualdır.