vitamin

Vitaminlər: Kimlərə olar, kimlərə olmaz?

Baxış sayı: 469

ünyada ölümün bir nömrəli səbəbi ürək-damar xəstəlikləridir. Kədərli statistikaya təsir etmək cəhdləri edərək, əczaçılıq istehsalçıları ürək və qan damarlarını gücləndirmək üçün vitaminlər istehsal edirlər. Bəs onlar həqiqətən bu qədər effektlidirmi?

Rusiyalı həkim Aleksandr Myasnikov ürək üçün sintetik vitaminlərə qarşı xəbərdarlıq edib. Mütəxəssis vurğulayıb ki, onlara hələ bir neçə onilliklər əvvəl fərqli baxış bucağı olan kardioloqlar müqavimət göstərirdilər. “Bir zamanlar kardioloqlar ürək-damar xəstəlikləri olan insanlara E vitaminini antioksidant kimi tövsiyə edirdilər. Ancaq 20 il bundan əvvəl onların fikirləri dəyişdi: biz artıq ürək-damar xəstəliklərinin qarşısını almaq üçün E vitamini qəbul etməyi məsləhət görmürük, çünki müşahidələr zamanı onlar bütün səbəblərdən ölüm hallarının kəskin artması ilə qarşılaşıblar” – doktor Myasnikov deyib. “Qida ilə orqanizmə daxil olan vitaminlər sorulur və hər kəsə fayda verir. Ancaq apteklərdəki vitaminlər “kimyaçılardan və əczaçıdan keçənə kimi” nəinki terapevtik effekt itir, həm də yeni və tamamilə faydasız bir şey ortaya çıxır”,-deyə həkim izah edib.

Həkim Myasnikov ürək xəstəliklərinin qarşısını sintetik vitaminlərlə deyil, həyat tərzinin dəyişməsi ilə almağı tövsiyə edir. Təzyiq və əhval göstəricilərini izləmək, düzgün yemək, müntəzəm olaraq idman etmək lazımdır.

 

Nubar Süleymanov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir