Analiz

Yoluxucudur və peyvənddən qorxmur: COVID 19-un “Arcturus” ştammı haqqında başqa nələr məlumdur?

Baxış sayı: 538

Rusiyalı mütəxəssis, “Rospotrebnadzor”un rəhbəri Anna Popova “Arcturus”un daha yoluxucu, lakin daha az patogen ola biləcəyini və yoluxduqda xəstəliyin yüngül keçdiyini bildirib. “Virus təhlükəli olmadığı üçün qorxacaq bir şey yoxdur”,-deyə o bildirib.

Yeni variant və ya “Arcturus” ştammı bu ilin mart-aprel aylarında Hindistanda peyda olub. Bu barədə nələri bilmək vacibdir? Birincisi, peyvəndlər bu ştamma təsir etmir. İkincisi, əvvəlki COVID 19 variantlarının immuniteti işləməyəcək.

 

Yeni növ koronavirus infeksiyası “Arcturus”u necə tanımaq olar?

Koronaviruslar üçün qeyri-adi olan əlamətlərdən biri də gözlərin iltihabı olan konyuktivitdir. Ancaq bütün ölkələrdə bu simptom yayılmayıb. Avropa ölkələrində qızdırma, baş ağrısı, burun axması və öskürək ilə müşayiət olunur.

Yazın sonu və yayın əvvəlində yayıldığı üçün bu o deməkdir ki, çoxları xəstəliyi mövsümi allergiya ilə qarışdıra bilər.

“Buna görə də unutmamalıyıq ki, antihistaminlər kömək etmirsə, bu, allergiya olmaya bilər.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir