cay

İsti qida və içkilərin təhlükəsi

Baxış sayı: 1. 602

Udlaq və qida borusu xəsrçəngi kifayət qədər tez-tez təsadüf edilən xərçənq formasıdır. Qida borusu xərçənginin təhlükəsi ondan ibarətdir ki, bu xərçəng çox tez metastaz verir (orqanizmdə yayılır) və bu səbəbdən çox çətin müalicə olunur.

Bu xəsrçəng formasının əsas risk faktorları arasında çox isti qida və içkilərin qəbuludur. Araşdırmalar nəticəsində məlum oldu ki, çox isti qida və içkilərin (70 C-dən yuxarı) daim qəbulu bu xəstəliklərin inkişafı riskini 8 dəfəyə kimi artırır! Bunun səbəbini izah edək.

İsti qida və ya içki udlağa və qida borusuna düşdükdə bu orqanların selikli qişasının hüceyrələrini zədələyir. Əgər bu hal daim təkrarlanarsa, hücerələrdə patoloji dəyişikliklər inkişaf edəcək, sağlam hüceyrələr xərçəng hüceyrələrinə çevriləcək.

Bundan əlavə isti qida və içkilərə aludəlik dişlər üçün çox ziyanlıdır. İstinin təsirində diş emalı xarab olur – onun üzərində mikroçatlar əmələ gəlir ki, bu çatlar vaxt keçdikcə dişin dağılmasına səbəb olur.

Çox isti qida və içkilər həmçinin ağız boşluğunun selikli qişalarına da mənfi təsir edir, yuxarı tənəffüs orqanlarının fəaliyyətini pozur. Bu səbəbdən isti qidaları və içkiləri sevən insanları tez-tez xroniki tonzillit, öskürək, boğazda göynəmə narahat edir.

Selikli qişalar (ağız boşluğunda, mədə-bağırsaq sistemində, cinsiyyət sistemində) orqanizmdə müdafiə funksiyanı yerinə yetirir. Ağız boşluğunun selikli qişaları bura havadan düşən mikrob və infeksiyaları zərərsizləşdirir. Ağız boşluğunun selikli qişalarının daim yanması nəticəsində yerli immunitet zəifləyir və infeksiya və mikrobların hücumunu lazım olan səviyyədə dəf edə bilmir. Bu isə tənəffüs yolları xəstəliklərinin sayını artırır.

Beləliklə, isti qida və isti içkilərin qəbulu çox ziyanlıdır. Bu səbəbdən onları ilıq vəziyyətdə qəbul etmək lazımdır. Bunun üçün çay və qida dodaqları yandırmamalıdır.

Saglamolun.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir