Moda haqqında parlaq məqalələrdə və kitablarda ekspertlər daim yazırlar ki, elə rənglər seçmək lazımdır ki, həm vizual olaraq sizi daha incə göstərsin, həm də diqqəti qüsurlara yönəltməsin. İnsan gözü təxminən 15 min çaları ayrıd edə bilir. Bəs bizi daha cavan göstərən və demək olar ki, hər kəsə yaraşan rəng hansıdır?
“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, məşhur stilist Endryu Qelviks bu suallara cavab verib.
Gözəllik sənayesi gec-tez rəng nəzəriyyəsinə enir. Makiyaj, saç rəngi, kapsul qarderobunun yaradılması – bütün bunlar üçün mütləq hansı çalarların sizə uyğun, hansının uyğun olmadığını bilməlisiniz. Təəssüf ki, doğum haqqında şəhadətnamədə bizə yaraşan rənglərin siyahısı verilmir, halbuki, bu, işimizi xeyli asanlaşdırardı. Odur ki, bütün uyğunluğu özünüz müəyyənləşdirməlisiniz. Məzuniyyət, toy və ya digər mühüm hadisələrdə rəng uyğunluğuna əməl etmək xüsusilə məqsədəuyğundur.
Stilist Endryu Qelviks inanır ki, bəzi rənglər bütün qadınları yaşından daha cavan göstərmək gücünə malikdir. Bu rənglərin hər birinin alt tonları var və onlar görünüşünüzü kəskin şəkildə dəyişə bilər. Yəni, yarım tonları da seçə bilərsiniz. Yaşınızı balacalaşdıran bu sehrli çalarlar axtarış spektrini əhəmiyyətli dərəcədə daralır.
Qırmızı
Endryunun sözlərinə görə, qırmızı, şəhrayıvə bənövşəyi cavanlaşdırıcı təsir göstərən birnömrəli rəngdir:
“Gənc görünmək təcrübəsini sınaqdan keçirmək istəyirsinizsə, iişə qırmızı, çəhrayı və bənövşəyidən başlayın. Onların hamısında parlaq gənclik enerjisi var. Qırmızı əlbəttə ki, ehtiyatla seçilməlidir, dərinizi təravətləndirəcək alt tonu tapmağa çalışmaq üçün həm isti, həm də soyuq tonları yoxlayın. Bir sözlə, Barbi gəlinciklərindən fərqlənməyəcəksiniz.
Çəhrayı
Yadınızdadırsa, keçən yay “Valentino” çəhrayı geyimləri ulduzlar arasında çox dəbdə idi. Bu rəngin uğuru onun üsyankar, hətta bir az da cilovsuz xarakteri ilə diktə olunur: çəhrayı rəngin belə parlaq və güclü çalarını geyinsəniz, özünüzü həm daha cəsarətli hiss edəcək, həm də yerişiniz daha inamlı olacaq.
Bənövşəyi
Bənövşəyi və ya yasəmən rəng spektrində bir neçə alt ton var ki, əksinə, sizi qocalda bilər. Bunlar qeyri-təbii turş çalarlardır. Ancaq yumşaq lavanda, əksinə, gəncliyi və təbiiliyi vurğulayır – bu, məhz bizim rəhbər tutduğumuz tondur. Yeri gəlmişkən, bu, Salma Hayekin sevimli rənglərindəb biridir: aktrisa tez-tez solğun bənövşəyi paltarlar seçir və 56 yaşında o, təəccüblü dərəcədə cavan görünür.