agcaqanad

Ağcaqanadlardan kofenin köməyi ilə necə qorunmaq olar?

Baxış sayı: 473

Yay fəsli ağcaqanad və milçəkləri də özü ilə gətirir. İstirahət edərkən insanı narahat edən bu həşəratlardan xüsusi preparatlar vasitəsilə qorunuruq. Bəs əlimizin altında belə vasitələr yoxdursa onda necə qorunaq?

Beləliklə, kofenin köməyi ilə ağcaqanadlardan qorunmaq üsulu barədə məlumat veririk.

Ağcaqanadlar isti kofenin iyinə nifrət edirlər. Buna görə, bir stəkanın içinə 2-3 xörək qaşığı kofe tökün. Sonra həmin kofenin içərisinə balaca bir şam basdırıb yandırın. Şam yandıqca kofenin ətri yayılmağa başlayacaq. Kofe qoxusu ağcaqanadların uzaqlaşmasına səbəb olacaq.

Ağcaqanad və milçəklər nanənin də iyini sevmir. Masanızın üzərində bir dəstə yaşıl nanə saxlamaqla onlardan qoruna bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir