sabun

Əlimizi yuyarkən hansı səhvləri edirik?

Baxış sayı: 1. 793

Siz əllərinizi isti su ilə yuyursunuz

Bəli, hər kəs isti su ilə əlini yumaq istəyir və bu olduqca normal qəbul edilir. Lakin gigiyena effektliyi sıfıra enir. Birincisi, isti suda bakteriyalar ölmür, ikincisi, isti su dərini qıcıqlandırır.

Antibakterial sabunlardan istifadə edirsiniz

Antibakterial sabunların xeyiri əfsanədir. Beləki, ABŞ keyfiyyət nəzarətçiləri sübut ediblər ki, antibakterial və adi sabunlar arasında fərq yoxdur. Antibakterial sabunların tərkibindəki kimyəvi maddələr allergiyaya səbəb olur, çəki artırır, əzələ zəiflədir. Adi sabun və soyuq su sizin seçiminiz olmalıdır.

Əllərinizi düz sabunlayırsınız

Əgər suyun altında tez bir zamanda əllərinizi “sığallayırsınız” isə, bunun effekti də sıfırdır. Daha sərt olun! Barmaqlarınızı bir birinə keçirərək sürtün, yalnız belə siz mikroblardan, çikrdən və tərdən əllərinizi təmizləyə bilərsiniz. Həmçinin biləyinizi də unutmayın, əllərinizin üstünü də. Dırnaqların altında da milyonlarla bakteriayaların olduğunu yadınızda saxlayın.

Tələsirsiniz

Əlləri ən azı 20 saniyə ərzində yumaq lazımdır. Əks halda xeyiri olmayacaq.

Antiseptiklərə çox inanırsınız

Bəli, antibakterial qellər, kremlər və kağız dəsmallar yolda, su olmayan yerdə əvəzsizdir. Üstəlik onlar həqiqətən bir çox bakteriyaları öldürürlər. Lakin su yaxındadırsa, su ilə yumağı seçməlisiniz. Əgər yaxınlıqda su yoxdursa, 60% alkoqol olan antiseptikləri seçin. Onlar daha effektlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir