GEYIM

Yayın əsas trendi bu paltarlardır – FOTOLAR

Baxış sayı: 500

Toxunma paltarlar uzun müddət yalnız çimərlik geyimi kimi qəbul edildi, əsasən müəyyən dərəcədə şəffaflığına görə. Ancaq zaman dəyişir və onunla birlikdə moda qanunları da öz yerini başqalarına təhvil verir.

Artıq trikotaj paltarlar gündəlik həyatda etibarlı şəkildə geyilə bilən tam hüquqlu yay geyimidir. Odur ki, onları çimərlikdən və ya hovuzdan kənarda da rahatlıqla istifadə edə bilərsiniz. Bunun əyani sübutu indiki yaz-yay kolleksiyalarıdır ki, burada biz toxunma texnikasından istifadə edərək hazırlanmış yüzlərlə şəffaf paltar görə bilərik.

2023-cü ilin yayında dizaynerlərin saysız-hesabsız çeşidləri bizə istənilən kəsimi, uzunluğu və üslubu seçməyə imkan verir. Amma bir şərtlə: trikotaj olarsa. Məsələn, “The Row” brendi uzun opera əlcəkləri və miniatür çanta ilə birləşdirə biləcəyimiz olduqca zərif versiyasını təqdim edib.

The Row Pre-Fall 2023

“Max Mara” və “Gabriela Hearst” bu mövzuda daha çox ənənəvi kurort modellərlə çıxış edib ki, onlar da əsasən sabo, səndəl, böyük həsir çantalarla, hətta səbətlərlə daha effektiv görünəcək. Bir sözlə seçim sizindir. Və biz bunun reallaşmasına kömək etməyə hazırıq. Toxunma paltarlar bir çox markanın yay kolleksiyalarında yer aldığı üçün büdcənizə uyğun modeli tapmaqda da çətinlik çəkməyəcəksiniz. Odur ki, onlardan birini yay qarderobunuzun əvəzolunmaz parçasına çevirmək şansını əldə verməyin.

Gabriela Hearst весна-лето 2023

Max Mara весна-лето 2023

Khaite весна-лето 2023




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir