tac-mahal

Dünyanın ən bahalı və qeyri-adi hədiyyələri

Baxış sayı: 590

Balaca bir uşağı sevindirmək üçün balaca bir oyuncaq və ya şokolad bəs edir. Böyükləri isə bahalı maşın və ya yeni nəsil texnologiya ilə sevindirmək mümkündür. Lakin siz bir qadını heyrətləndirmək istəyirsinizsə ilk öncə  onu yaxşı tanımağınız və anlamağınız lazımdır. Qadını bahalı daş -qaş, gül və bahalı geyim ilə  sevindirmək olar, lakin bu arada mühiti yaddan çıxarmaq olmaz. Hədiyyəni qeyri-adi şəkildə təqdim etmək mütləqdir.

tac-mahal

Hindistan. Tac – Mahal

Yəqin ki, hər kəs bu gözəl məqbərə haqqında olan  rəvayəti eşidib. Tac -Mahal Şah cahanın sifarişi ilə tikilib. Bu gözəl məqbərənin tikilişində şəffaf mərmərdən, müxtəlif cür qiymətli daşlardan istifadə olunub. Və, bu məqbərə bir qadına hədiyyə olaraq sifariş verilib. Şah məhz həyat yoldaşı Mümtaz – Mahal üçün bu cür hədiyyə düşünüb. Lakin Mümtaz – Mahalın vaxtsız ölümündən sonra şah həyat yoldaşının burada basdırılmasını əmr edib.

Hətta bu gün də insanlar bu məqbərəyə əbədi sevginin abidəsi kimi baxırlar.

“Skorpios” adası. Yunanıstanın qərb sahillərində yerləşir.

Yenə qadına həsr olunmuş möhtəşəm hədiyyə. Sahəsi 0,878 kvadrat kilometr olan bu gözəl adanı yunanıstanlı multimilyoner öz həyat yoldaşına hədiyyə edib. Bu romantik milyonerin adı Aristotel Onassisdir.

Məhz bu adada cavanlar öz toylarını qeyd ediblər. Lakin Onassisin ölümündən sonra nəvəsi Afina adanı 1,5 milyon dollara satıb.

boyunbagi

Əbədilik boyunbağısı

İndi isə keçirik qadınların ən çox sevdiyi zinət əşyalarına.  Heyrətamiz Merlin Monro hər zaman hər şeyin yaxşısına layiq olub. Onun çoxlu sayda hədiyyələrinin içərisində ən dəyərlisi isə brilliant qaşlarla bəzədilmiş platindən  olan boyunbağısı olub.  Lakin həyat yoldaşı Co Macio Merlin Monro ilə evli olan vaxt və hətta ayrıldıqdan sonra da  hər gün bir ədəd qızıl gül hədiyyə edərdi.  Məşhur ulduzun ölümündən sonra belə Macio son nəfəsinə qədər sevdiyi qadının məzarına hər gün bir ədəd qızıl gül aparıb.

masin

Elvisin anası üçün Kadillak

Elvis Presli öz anasını həddindən artıq çox istəyirdi. Bundan başqa o, “Kadillak- Flitvud – 60” avtomobilini də çox sevirdi. Məhz bu avtomobili müğənni anasına olan sevgisinin nişanəsi kimi ona hədiyyə edir.  İncə çəhrayı rəngdə olan avtomobil  bir çox amerikalı anaların qısqanclığına səbəb yaradan vasitə idi. Hazırda kadillak “Memfis” muzeyində saxlanılır.

gallery_a5159a42e69ad7aeea1652708c8983b1

Qızardılmış çörək tikələrindən portret

Britaniyalı rəssam Lora Xedlend öz qaynanasına qeyri – adi hədiyyə bəxş edib. O, 9852 qızardılmış çörək tikələrindən həyat yoldaşının anasının portretini yaradıb. Belə qeyri – adi hədiyyə qaynananın 50 illiyinə həsr olunub. Bu cür portretin hazırlanmasına 600 çörək istifadə olunub. Bu  portretlə rəssam Ginnessin rekordlar kitabına daxil olub.

Planetimizdə belə hədiyyələri fikirləşib təqdim edə bilən insanlar var. Romantiklərin fantaziyalarının həddi – hüdudu yoxdur. Ola bilər ki, nə vaxtsa insanlar kosmosu da əldə edib bütün kainatı qadınlara hədiyyə edə biləcəklər. Hər şey ola bilər, çünki məhz kişilər sevdikləri qadınlar üçün mümkün olmayanı yarada bilirlər.

 

Könül Əliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir