Ötən gün xəstəxanaya yerləşdirilən jurnalist, teleaparıcı Natavan Babayeva normal palataya köçürülüb. Huşu özündə olan jurnalist başqa tibb müəssisələrindən birinə göndərilib.
“Liv Bona Dea” hospitalından verilən məlumatda bildirilib ki, həkim heyəti tərəfindən onun vəziyyəti stabilləşdirilib:
“O, ailəsinin dəstəyi ilə uzun illərdir müalicə aldığı onkoloji xəstəliklə əlaqədar zəruri tibb müəssisəsinə yerləşdirilib. Natavan Bayramova bizim hospitaldan çıxarılarkən özünü yaxşı hiss edirdi. Ona Allahdan şəfa diləyirik”.
Pasiyent Onkologiya Mərkəzinə ağır vəziyyətdə gətirildiyini deyən Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib ki, N.Babayeva müalicəni Türkiyədə alırmış:
“Ağır vəziyyətdə müəssisəyə qəbul edilib. Həkimlərimiz əllərindən gələni edirlər. Pasiyent üçün nə lazımdırsa, hamısı ediləcək”.