Nermine Abbasova

Xroniki pankreatitin fəsadları

Baxış sayı: 589

Xroniki pankreatitin fəsadları dərman terapiyasının effektliyini azaldır və çox zaman cərrahi müdaxilə tələb edir. Xroniki pankreatitin fəsadlarına aşağıdakılar aiddir:

– hipovolemik şok

– mədə-bağırsaq qanaxması

– sarılıq

– absaslər

– sepsis

– yalançı sistlər.

pankreatit 1

Xroniki pankreatit uzun müddət davam edərsə, pankreatin axacağın genişlənməsinə, qonşu orqanların dəyişikliklərinə, ümumi öd axacağının, onikibarmaq bağırsağın daralmasına, dalaq venasının trombozuna, plevraya, qarın boşluğuna maye toplanmasına səbəb olur.

Hipovolemik şok qanda vazoaktiv substansiyaların pankreatik fermentlərlə aktivləşməsi ilə bağlı olur. Şokun əlamətlərinə arterial təzyiqin kəskin enməsi, taxikardiya, dəri örtüllərini avazıması, soyuq tər, oliquriya və s. aiddir.

Mədə-bağırsaq qanaxması həzm orqanlarının yanaşı gedən xəstəlikləri və xroniki pankreatitin özünün fəsadları ilə bağlı olur. Bu qida borusu və mədənin kardial hissəsinin dalaq venasının trombozu və varikoz genişlənməsinə görədir. Qanaxmanın səbəbi həmçinin mədəaltı vəzin psevdosist və ya abseslərin bağırsağa deşilməsi də ola bilər.

pankreatit 2

Ümumi öd axacağının daralması stenozlaşan duodenal papilit, həmçinin mədəaltı vəzin başının ödemi və fibrozu, psevdosistin inkişafı ilə əmələ gələ bilər. Bu zaman kliniki olaraq mexaniki sarılığın inkişafı baş verir.

Xroniki pankreatitin fəsadlarından olan onikibarmaq bağırsağın daralmasına nadir hallarda rast gəlinir. Bu adətən mədəaltı vəz başının iltihabı və ödemində, psevdosistin əmələ gəldikdə, qarın boşluğunda bitişmə prosesləri olduqda baş verir. Klinik olaraq bu fəsad ağrı və dispeptik simptomla təzahür edir. Onikibarmaq bağırsaq dəliyinin mənfəzinin daralması ürəkbulanma və qusma ilə müşahidə olunur.

Mədəaltı vəzin absesləri sonradan irinli infeksiya qoşulmaqla nekroz ocaqların əmələ gəlməsi nəticəsində inkişaf edir. Fəsadlaşma bir qayda olaraq kəskinləşmə başladıqdan 2-3 həftə sonra əmələ gəlir. Klinik olaraq abses qızdırma, taxikardiya, qarında ağrıların güclənməsi, qarının ön divarının gərginləşməsi, leykositoz, hipoalbiminemiya ilə təzahür edir.

pankreatit

Fəsadlardan biri olan assit pankreatik axacaqların partlaması nəticəsində pankreatik şirənin kiçik piyliyə və qarın boşluğuna axması zamanı inkişaf edir. Assit zamanı xəstənin qarnında ağrılar əmələ gəlir, vəzin xarici sekretor funksiyasının pozğunluğu əlamətləri güclənir. Assit mayedə zülalların, pankreatik fermentlərin (amilaza, lipaza, tripsin) miqdarı artır.

Xroniki pankreatit və onun fəsadları zamanı pəhrizə ciddi əməl olunmalı, alkoholun istifadəsindən uzaq durmalı və müalicəyə diqqətlə əməl edilməlidir.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi

 

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir