Havaların istiləşməsi ağcaqanadların daha da çoxalmasına səbəb olur. Bir çox insan ağcaqanadın dişlədiyi yerin bir müddət sonra şişdiyini və qaşındığını görür.
Maraqlıdır, bu şişin və qaşıntının qarşısını necə almaq olar?
Qaşıntı və qızartıları aradan qaldırmağın ən təsirli və asan yollarından biri 10 dəqiqəlik soyuq kompres tətbiq etməkdir.
Bundan əlavə ağcaqanad dişlədiyi yerə bir parça diş məcunu sürsəniz, qaşınma yox olacaq və şişlik də keçəcək. Çiy sarımsağı ağcaqanadın dişlədiyi yerə vurun. Yüngül yanma hiss edəcəksiniz, lakin sonradan qaşınmanın keçdiyini görəcəksiniz. Limon suyu ağcaqanad sancmasının təsirini qısa müddətdə aradan qaldırır.
Ağcaqanadları dəf etməyin ən təsirli üsullarından biri də reyhandır. Bir neçə reyhan yarpağını əzin və dişlənmiş yerə sürtün. Əgər reyhan yoxdursa, adaçayı, təzə nanə və s. Bitkilərin yarpaqları da qaşınmaya yaxşı gəlir.