əsəb

Əgər bu 12 suala “HƏ” cavabı versəniz, mütləq HƏKİMƏ MÜRACİƏT EDİN

Baxış sayı: 1. 864

Orqanizmdə yaranan problemləri vaxtında aşkar etmək uğurlu müalicənin başlanğıcı deməkdir. Buna görə də ən kiçik narahatlıqlara belə, diqqətlə yanaşılmalı, xəstəliklərin inkişafının qarşısı vaxtında alınmalıdır.

Müasir dünyada əsəblərə hakim kəsilmək, sinir sistemini normada saxlamaq insan üçün ən böyük problemlərdən biridir. Nevrozu yaradan əsas amillərdən başlıcası da elə bu problemlərdir. Nevroz xroniki stresslərin, həyat tərzindəki ardıcıl gərginliklərin son nəticəsi deməkdir və o müalicə olunmadıqda ciddi xəstəlik kimi orqanizmdə ağır fəsadlar törədir.

Özünüzdə nevrozun olub-olmadığını dəqiqləşdirmək üçün təqdim olunan 18 sualdan 12-ə “hə” cavabı versəniz demək sağlamlığınızda artıq bu problem var və mütləq həkimə müraciət etmək lazımdır.

  1. Heç bir səbəb olmadam tez-tez narahatçılıq hissi keçirirsiniz?
  2. Ən adi hadisələr belə sizi qıcıqlandırır?
  3. Tez-tez özünüzə qapanırsınız?
  4. Yuxu probleminiz var?
  5. Özünüzə inam hissini tez-tez itirirsiniz?
  6. Əsasız yerə qorxu və təhlükə hiss edirsiniz?
  7. Həyatda heç nə sizi qane etmir?
  8. Uğur qazandıqda belə yenə də özünüzdən narazı qalırsınız?
  9. Əhvalınız tez-tez dəyişir?
  10. Ünsiyyət qurmaqda çətinlik çəkirsiniz?
  11. Özünüzü həmişə yorğun hiss edirsiniz?
  12. Əvvəllər ən çox sevdiyiniz müsiqilərdən, filmlərdən, kitablardan zövq ala bilmirsiniz?
  13. Tez-tez baş və boyun nahiyəsində, çiyinlərdə ağrılar baş verir?
  14. İştahanızla bağlı problemlər yaranır?
  15. Çalışdığınız yerdə və ya evdə gündəlik ən adi işləri görmək sizin üçün işgəncəyə çevrilir?
  16. Düşünürsünüz ki, siz heç kimə lazım deyilsiniz?
  17. Həyat eşqi, sevgi hissləri sizi tərk edib?
  18. Gələcəyə ümidsiz baxırsınız?

Bu suallardan 12-ə və daha çoxuna cavabınız “hə”dirsə təcili həkimə tələsin. Elə düşünməyin ki, mövcud vəziyyətiniz ötəri haldır. Unutmayın ki, nevroz bir çox xəstəliklərə, o cümlədən mədə xorasına, astmaya, yüksək qan təzyiqinə səbəb olur. Vaxtında həkimə müraciət edin, mütəxəssislərin müalicəsindən sonra həyatın nə qədər gözəl olduğunu hiss edəcəksiniz, həyat eşqi, sevgi hissləri yenidən sizi öz ağuşuna alacaq.

İlham Cəmiloğlu

modern.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir