Böyük Britaniya tədqiqatçıları quş qripi viruslarının əksəriyyətinin insanlara yoluxmasının qarşısını almaqda mühüm rol oynayan xüsusi insan genini müəyyən ediblər. Quş qripi əsasən ördək və qağayı kimi çöl quşları arasında yayılır və toyuq, hind quşu, bildirçin kimi ev quşları da virusa yoluxa bilirlər. Viruslar əsasən quşlara təsir etsə də, nadir hallarda quşlarla sıx təmasda olan insanlarda da quş qripi virusuna yoluxma halları baş verir.
MRC-Universitetinin Qlazqo Virus Tədqiqatları Mərkəzindən bir neçə tədqiqatçı qrup insan geninin mövsümi viruslara və ya quş qripi viruslarına yoluxmasını müxtəlif orqanizmlərin yoluxma ardıcıllıqları ilə müqayisə ediblər. Onlar həm yuxarı, həm də aşağı tənəffüs yollarında aşkar edilən BTN3A3 adlı geni sıfırlayıblar. Tədqiqatçılar tərəfindən B-gücü ləqəbi ilə tanınan bu genin insan hüceyrələrində quş qripinin əksər suşlarının( alt növü) təkrarlanmasına mane olduğu müəyyən edilib.
Leyla Şıxəli