Ən şirin qarpızı seçmək hər insanın arzusu olsa da, hər kişinin belə bacarmadığı işdir.
Qarpız seçərkən 11 qaydaya nəzər yetirmək lazımdır.
1. Yetişmiş meyvələrin açıq tarla ləkəsi, hamar qabığı və yuvarlaq forması olur.
2. Zolaqlara baxın – onlar ziddiyyətli olmalıdır. Yaşıl zolaqlar tünd yaşıl, solğun zolaqlar isə krem, açıq sarı rəngdə olmalıdır. Üstəlik, solğun sahələr nə qədər yüngül olsa, yetişmə dərəcəsi bir o qədər yüksəkdir.
3. Tarla, bostan yeri tapmaq qarpızın keyfiyyətinin ən mühüm göstəricilərindən biridir. Bir tərəfində tarla ləkəsi kimi tanınan iri, rəngi dəyişmiş ləkə qarpızın torpaqla təmasda olduğunu göstərir. Ləkənin rəngi sarı və ya demək olar ki, narıncı olmalıdır ki, bu da qarpızın yetişdiyini göstərir. Ləkənin rəngi ağ və ya açıq sarıdırsa, bu o deməkdir ki, qarpızın ləzzəti yoxdur
4. Gövdə və sapı yoxlayın – onlar quru və sarı-qəhvəyi olmalıdır, çünki yetişmiş meyvə nəm udmaq qabiliyyətini itirir. Yaşıl sap qarpızın hələ yetişmədiyini, ləzzət və şirinliyin olmadığını ifadə edə bilər.
5. Qarpızın üzərinə vurun və necə səs çıxardığını dinləyin – səs dərin və boşluqdan gəlirsə, meyvənin daha çox suyu var. Yüksək və sıx bir səs qabığın çox qalın olduğunu və meyvənin yetişmədiyini bildirir.
6. Orta ölçülü qarpız seçin ki, qarpız ölçüsünə görə nə qədər bərkdirsə, bir o qədər şirin olur.
7. Qarpızın cinsini müəyyənləşdirin – dişi meyvələrinin pulpadakı şəkərin miqdarına görə erkəklərdən üstün olduğu üçün daha dadlı sayılır. “Qarpız-qız” yuvarlaq formalı, mərkəzi dairəsi geniş və hamar kimi xarakterizə olunur, “qarpız-oğlan” isə əksinə, uzunsovdur.
Qarpız qabığının vəziyyətini qiymətləndirin – yetişmiş, yüksək keyfiyyətli qarpızda sıx, hamar, eyni rəngdə, zədələnmədən, çatlamadan və çuxursuz olmalıdır.