KISI

Bu məhsullar kişi sağlamlığının düşmənidir!

Baxış sayı: 465

Fəstfud, şirniyyat və spirt bədəndə potensiala təsir edən bir sıra dəyişikliklərə səbəb olur.

Bu barədə dermatoveneroloqu Roman İvanov danışıb. Həkimin sözlərinə görə, burger, kartof qızartması və bu kimi yüksək kalorili qidalar və asan həzm olunan karbohidratlar, trans yağlar, duz, ləzzət artırıcılar və konservantlardan ibarət olduğundan “kişi impotensiyasına” təsir edir. Mütəxəssis izah edib ki, belə bir asılılıq piylənmə və yüksək xolesterin səviyyəsinin artmasına yol açır, bu da ateroskleroza və ürək-damar sistemi ilə bağlı digər problemlərinə və erektil disfunksiyaya səbəb olur.

Bundan əlavə, yağlı qidalar libido və cinsi fəaliyyətdən məsul olan kişi hormonu olan testosteronun istehsalını azaldır.

“Tədqiqatlar göstərir ki, yalnız bir burger bu hormonun səviyyəsini 25% azaldır və sonrakı dörd saat ərzində testosteron daha yavaş sintez olunur. Müntəzəm olaraq fəstfud yeyirsinizsə, mümkündür ki, bu hormonun səviyyəsi daim aşağı düşəcək”, – İvanov Gazeta.ru-ya müsahibəsində deyib.

Həkim əlavə edib ki, spirt də kişilərin sağlamlığına mənfi təsir göstərir: cəmi 120 qram etanol və ya beş butulka pivə testosteronu 23% azaldır. Üstəlik, ürək-damar sistemi üçün zərərli olan müxtəlif qəlyanaltılar və digər qidalar adətən bu cür içkilərlə birlikdə qəbul edilir.

Həmçinin, qənnadı məmulatları, sodada, qablaşdırılmış şirələr və xəmirlərdə olan şəkər də kişi sağlamlığını və cinsi gücünü zəiflədə bilir. Piylənmə təhlükəsi ilə yanaşı, qlükoza və şəkərin udulmasından məsul olan hormon olan insulində kəskin sıçrayışa səbəb olur.

“Zaman keçdikcə bu, insulin müqavimətinə gətirib çıxara bilər, bu vəziyyət bədən toxumalarının insulinə həssaslığını itirir. Nəticədə, erektil disfunksiyanın digər səbəbi olan şəkərli diabetin inkişaf riski artır”, – ekspert yekunda qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir