Zumrud Haqverdiyeva 1

Keçmişdəki baş verənləri geridə qoymağa kömək edən texnikalar

Baxış sayı: 650

1) Keçmişdə baş verənlər üçün nə lazım idisə deyildi, nə lazım idisə edildi. Lazım olan bugünə nə gətirdim və gələcəyə nə aparacam.

2) Keçmişdə nələr edə bilmədim demək yerinə, bugünə adaptasiya olmaq daha yaxşıdır.

3) Keçmiş üçün heyfislənməkdənsə, bugün etmək daha doğrudur.

4) Keçmiş heç zaman daha yaxşı olmayacaqdır.

5) Bir vaxtlar baş verib deyə, bir daha olacaq demək deyildir.

6) Keçmişi yenidən yaşaya və yaza bilməzsən.

7) Keçmişdə baş vermiş haqsızlıqlar üçün narahat olmaq, vəziyyəti daha da pisləşdirməkdən başqa bir şey deyildir.

8) Baş vermişlər üzərində deyil, baş verə biləcəklər üzərində yatırım edin.

9) Bugünə kimi insanlara daha yaxşı davranmaq üçün yollar göstərdilər. Artıq indi necə davranacağını bilirsən

10) Keçmişdə səni narahat edən şey, indi səni emosional olaraq daha güclü birinə çevirib

11) İnsanların səni kiçik görməkləri, sənin həqiqətən də kiçik olduğunu ifadə etməz.

12) Sənin öz keçmişinə aid fikirlərinin, başqalarının sənin keçmişinə nə deməsindən daha önəmlidir.

13) Keçmişdə baş verənlər səni ifadə etməz. Sənin başına gələnləri ifadə edir.

14) Həyatında nə oldusa artıq baş verib. Kaş baş verməzdi- deməyin heç bir mənası yoxdur. Önünə baxmalısan.

15) Keçmişdə baş verənlərə görə, özünə yazığın gəlməyin, sənin önündə maneə olacaqdır.

16) Keçmişdən intiqam almanın ən gözəl yolu, “bu günə daha gözəl yaşamaqdır”.

 

Zümrüd Haqverdiyeva

Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir