611d22aa30

İstənilən bədəni bəzəməyə qadir modellər

Baxış sayı: 582

Qarderobumuzdakı libasları iki kateqoriyaya bölmək olar: dəbdə olan və zamansız. Birincisinə bər-bəzəkli, volanlı, çoxqatlı, yarıqlı və ya assimetrik kəsimli modellər daxildir. Onlar bu mövsüm inanılmaz dərəcədə aktualdır, lakin moda arenasında göründükləri kimi də tez yoxa çıxa bilərlər. İkincilər isə həmişə dəbdə olacaqlar, çünki onlar çoxdan tendensiyalardan kənara çıxıblar və dizaynerlərin kolleksiyalarında hər il yer almağa davam edirlər. Bunlara pijamanı xatırladan sürüşkən paltarlar, lakonik midilər və əlbəttə ki, trapesiya paltarlar daxildir.

Bu gün lüksdən tutmuş kütləvi bazara qədər istənilən brendin kolleksiyasında qarşımıza çıxan trapesiya paltarlara görə əfsanəvi dizayner İv Sen Lorana təşəkkür etmək lazımdır. 50-ci illərin sonlarında “Dior” evinə rəhbərlik edən çox gənc modelyer ilk dəfə Diorun özünün icad etdiyi yeni görünüş siluetinin daha qısa versiyalarını təklif etdi. Yenilik dərhal bütün qızların qarderobuna da yol tapdı, bu da təəccüblü deyil. İv Sen Loran sadə görünməsinə baxmayaraq, bütün bədən quruluşlarına mükəmməl uyğunlaşan və onu bəzəyən bir kəsim yaratmağı bacardı. 70 ildən çoxdur ki, trapesiya paltarları qazandığı bu uğuru qoruyub saxlayır.

A-kəsim paltarlar yay üçün əladır. Əgər ayaqlarınızın zərifliyini nümayiş etdirmək, eyni zamanda çox ciddi təsir bağışlayan paltar axtarırsınızsa sözügedən model bütün bu tələblərə cavab verir. Çiyinlərin çılpaq olmasını istəmirsinizsə, kiçik bir qolu olan modellərə baxa bilərsiniz. Bu cür variantları mağazalarda tapmaq da asandır. Parıltılı dekorasiyası və ya naxışları olmayan modelləri isə işgüzar xanımlar dəfələrlə istifadə edə biləcəklər. Ən üstün tərəfi də odur ki, onlar hündürdaban sandallardan, yüngül idman ayaqqabılarına qədər hər hansı bir ayaqqabısı ilə eyni dərəcədə effektiv görünür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir