Yaxşı yataq dəsti rahat yuxunun əsas elementlərindən biridir. Çünki biz günün orta hesabla üçdə birini yatmaqla keçiririk. Gecə ərzində nəinki rahatlıq hissi, həmçinin otağınızın dekorasiyasına da təsir edir. Bəs, onu seçərkən nələrə diqqət etməliyik?
Yataq dəstinin seçərkən ən çox parça seçimində diqqətli olmaq lazımdır. Çünki bu parça həm çarpayınızın görünüşünə, həm də sizin rahatlığınıza təsir edir. Buna görə, kətan parçalı dəstlərdən istifadə etmək lazımdır.
Kətan çarşaflar inanılmaz dərəcədə güclü və hava keçirəndir. Onlar bədəninizin nəfəs almasına və əlavə təri udmasına imkan verir. Kətan çarşafların başqa bir üstünlüyü hər yuyulma ilə daha da yumşaq olmalarıdır. Beləliklə, kətanlarınız zaman keçdikcə daha da yaxşı bir toxuma əldə edir. Həssas dəri və ya allergiyası olanlar kətan çarşaflarda özlərini daha yaxşı hiss edə bilərlər.
Digər yaxşı bir seçim isə pambıq atlas parçalardan olan yataq dəstləridir. Bu gözəl pambıq parçalar yumşaq, hamar və yaxşı hava keçirdiyinə görə yuxu üçün ideal parça növlərindən biridir.
Bundan əlavə onlar yayda sərin, qışda isə isti saxlayır. Pambıq atlaz parçalarda rənglər daha uzun müddət canlı qala bilər.
Yorğan örtüyünün ölçüsü də rahatlığın bir hissəsidir. Standart ölçülü yataqda dərinlik nəzərə alınmır. Buna görə də, yatağınız uzundursa və ya döşək yastıqdan istifadə edirsinizsə, dəst almazdan əvvəl onun dərinliyini yaxşı ölçün.
Yuyulduqdan sonra yataq dəstində yaranan bəzi büzülmələri də nəzərə almalısınız. Ölçü problemi bütün gecəni narahat hiss etməyə səbəb olar. Buna görə çalışın yataq dəstiniz çarpayıdan kiçik olmasın.