adfbebtsr

Yay aylarında kəskinləşən uroloji problemlər

Baxış sayı: 423

“Əksər xəstəliklər soyuq mövsümdə özünü göstərir, lakin bəziləri yayda daha da pisləşə bilər.”

Bu sözləri uroloq-androloq Aleksey Şkaburin Lenta.ru-ya müsahibəsində deyib. Həkimin sözlərinə görə, sistit – sidik kisəsinin iltihabı (həm qadınlarda, həm də kişilərdə olur, lakin adətən qadınlarda daha çox rast gəlinir), prostatit – prostatın iltihabı (yalnız kişi xəstəliyi) adətən yay aylarında pisləşir. Və bütün bunlar sərin suda çox üzdükdə ortaya çıxır. Odur ki, həkim on dəqiqə ərzində sahilə çıxmağı tövsiyə edir. Bundan əlavə, çirkli su da müxtəlif infeksiyaları da şiddətləndirə bilər.

“İnfeksiyalar kurort romanlarının da nəticəsi ola bilər, ona görə də qoruyucu kontrasepsiyasından istifadə etməyə dəyər. Əgər qorunmamış cinsi əlaqələriniz olubsa, cinsi yolla ötürülən infeksiyalar üçün testdən keçməlisiniz, çünki onlar asemptomatik ola bilər, heç bir şey sizi narahat etməsə belə, yoxlanılmaq vacibdir”, – həkim vurğulayıb.

Yay mövsümündə həkim böyrəklərə çox diqqət yetirməyi məsləhət görüb. İsti hava ilə əlaqəli bədənin çox suzsuz qalması səbəbindən duzların çökməsi və daşların əmələ gəlməsi başlaya bilər. Bundan əlavə, yayda orqanizmin daha çox mayeyə ehtiyacı olduğu üçün böyrəklər daim işlək vəziyyətdə olur, nəticədə orqanın yükü artır. Bununla belə, otaq temperaturunda kifayət qədər su içmək vacibdir. Gündəlik normanı hesablamaq asandır: qadınlarda 1 kq bədən çəkisi üçün 40 ml su, kişilərdə 1 kq bədən çəkisi üçün 30 ml düşür.

 

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir