rena bayramova

Yemək vərdişiniz sizin haqda dedikləri – DİETOLOQ YAZIR

Baxış sayı: 565

Daha enerjili olmağımız üçün yemək yeməyimiz mütləqdir. Gün ərzində bir neçə dəfə təkrarladığımız bu hadisə həm də əhvalımıza yaxşı təsir edir. Dadlı yemək yedikdə ruhumuz da qidalanır. Bəs görəsən, yemək vərdişlərimiz bizim haqqımızda nə deyir?

Yemek

Yavaş yemək yeyənlər

Bu cür yemək yeyənlər bəzən sizin əsəblərinizə təsir edə bilər. Bir restorandasınız, siz yeməyinizi bitirdiniz, ancaq qarşınızdakı hələ də yeməyə davam edir. Bu cür insanlar çox vaxt bütün həyatlarını belə yaşayırlar. Onlar heç vaxt tələsmirələr və hər işi həzz alaraq yerinə yetirirlər.

yemek

Tez yeyənlər

Bu cür yemək yeyən insanlar bir neçə işi birlikdə görənlərdir. Onlar həmişə yarışdadırlar və heç vaxt heç bir işlərinin vaxtını ötürmürlər. Onlar üçün qalib olmaq çox önəmlidir və asan yolları seçməyi sevirlər. Yəni, onlara hər hansı işi verdiyiniz zaman daha rahat yolla və qısa zamanda həmin işi həll edirlər.

yemek

Seçənlər

Yeməkdə çox seçən, hər şeyi yeməyən insanlar öz rahatlıqlarına çox düşkün olanlardır. Onlar risk etməyi sevmirlər. Birdən uduzsam?- deyə düşünürlər. Bununla belə yaxşı öyrənmə qabiliyyətləri vardır, sual verməkdən çəkinmirlər.

yemek

Boşqabındakı hər şeyi səliqə-səhmanla yeyənlər

Bu cür insanlar çox planlı olurlar. Onlar dağınıqlığı heç sevmirlər. Əgər bir şeylər həyatlarında yolunda getməsə, çox hirsli ola bilərlər. Hər şeyi yenidən planlaşdırıb, yenidən səhmanla edərlər.

YEMEK

Hər şeyi qarışdıranlar

Bu cür insanlarla münasibət qurmaq daha rahatdır və daha rahat dil tapmaq olur. Çox sevgi dolu olurlar, ancaq vaxtlarını düzgün bölməkdə çətinlik çəkirlər. Öyrənməyi sevirlər. Bəzən isə çox şeyi qarışdırdıqda sonra çətinliklə qarşılaşa bilərlər.

 

Rəna Bayramova

Pediatr, ailə həkimi, Kliniki dietoloq, Misir və Rusiya Dietoloqlar Assosiasiyasının üzvü




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir