METBEX

Bu ev əşyalarından istifadə etməyin

Baxış sayı: 498

Zərərli ev əşyaları. Sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə o zaman aşağıdakı ev əşyalarından itifadə etməyin! Hər gün biz sağalamlığımıza zərər verən onlarca şeylə rastlaşırıq və bəzən heç bunların orqanizmə təsiri barədə düşünmürük. Bəzi kimyəvi tərkibli əşyalar var ki, onların təhlükəsiz olduğu söylənilir, amma, bu belə deyil. İstifadə etdiyimiz əşyalar, qəbul etdiyimiz qidalar, geyindiyimiz paltarların hansı kimyəvi tərkibə malik olduğu barədə heç bir məlumatımız yoxdur. Əslində isə insanlar zərərli əşyaları atmalı və ehtiyat tədbiri görməlidirlər. Çünki, onların istifadəsi orqanizm üçün əsil təhlükə mənbəyidir.

 

1) Şəkərəvəzedicilər

Süni yolla hazırlanmış şəkər (aspartam, sukraloza, saxarin) orqanizmdə artıq piylərin və şəkərin yığılmasına səbəb olur. Bu isə diabet daxil olmaqla müxtəlf xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Şəkərəvəzedicilər şirin içkilərdə, şirniyyatlarda və ya şirin dad verən hər qidanın tərkibində olur. Onun orqanizmə verdiyi zərər isə bağırsaq mikroflorasının pozuması səbəbindən baş verir.

 

2) Plastmas qablar

Qidaları saxlamaq üçün istfadə edilən plastmas qablar və şüşələr orqanizmin endokrin sisteminin pozulmasına səbəb olur. Buna səbəb isə plastmasın tərkibində olan bisfenol A, bisfenol S və ftallar səbəb olur. Endokrin sistemin orqanizmin boy inkişafında, cinsi fəaliyyətində və həyat əhəmiyyətli funksiyalarının gedişində rolu olduğunu nəzərə alsaq o zaman plastmas qabların insan orqanizminə nə qədər təhlükəli olduğu meydana çıxır. Plastmasın tərkibində olan kimyəvi birləşmələr beyin fəaliyyətinə mənfi təsir edir, hiperaktivlik, əsəbilik yaradır. Bu səbəblərdən də mütəxəssislər şüşə və emal qablardan istifadə etməyi məsləhət bilir.

 

3) Havatəmizləyici aerozollar

Aerozolların tərkibində dixlofenol və metabolit dixlorbenzol kimi insan orqanizminə zərər verən maddələr olur. Aerozollar otağın havasını təravətləndirsələr də, endokrin sistem xəstəliklərinə və allergiyaya səbəb ola bilir.

 

4)Yuyucu vasitələr

Yuyucu vasitələrdən tez-tez istifadə etmək orqanizm üçün çox zərərlidir. Bu vasitələr allergiyaya, qalxanvari vəzin disfunksiyasına, endokrin sistemin pozulmalarına, artıq çəkiyə və iltihabi reaksiyalara səbəb ola bilir. Buna görə də mütəxəssislər təmizlik zamanı sodadan, ağ sirkədən, limon şirəsindən, perekisdən istifadə etməyi məsləhət bilir.

 

5) Antipriqar örtüklü qablar

Mütəxəssislər yemək bişirilən bütün qazan və tavaların atılmasının, onların keramik və ya şüşə qazanla əvəz edilməsini tələb edir. Çünki, antipriqar örtüklü qabların tərkibində perftoroktan turşusu olur. Bu isə əsil kanserogen maddə hesab edilir.

 

6) Dadlandırıcılar

Qida maddələrinin dadlı olması üçün onlara müxtəlif qatqılar və dadlandırıcılar əlavə edilir. Dadlandırıcıların tərkibində isə qidanın xarab olmamasının qarşısını alan və orqanizm üçün təhlükəli sayılan kimyəvi birləşmlər var. Mütəxəssislər qidalar kimyəvi dadlandırıcılar əvəzinə mixək, zəncəfil, rozmarin və kimyon tökməyi məsləhət bilir.

 

7) Elektronik əşyalar

Elektronik əşyalar elektromaqnit sahəsinə malik olurlar və bu maqnit dalğaları insan orqanizminə mənfi təsir edir. Elektromaqnit dalğaları insanlarda ən ağır xəstəliklərin meydana gəlməsinə səbəb olur. Müasir dünyamızda texniki əşyalara ehtiyacımızın çox olmasına baxmayaraq, mütəxəssislər bu əşyalardan uzaq durmağı məsləhət bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir