UZUK 2

Dünyanın ən bahalı 7 üzüyü

Baxış sayı: 527

“Chopard Blue Diamond” üzüyü (16,26 milyon dollar)

Bu siyahını Chopardın  zərgərlik  əsəri  olan “Blue Diamond” üzüyü ilə  açaq. Bu üzüyün qiyməti  16,26 milyon dollardır.18 karat ağırlığında oval bir formada olan bu  dəyərli mavi daşa  heç kəs laqeyd qala bilməz.Üzüyün aşağı hissəsi xırda  ağ brilyantlar ilə  bəzədilib.Qeyd edək ki, mavi akvamarin və dərin firuzə çalarları ilə diqqəti çəkən bu zinyət əşyası İsveçrədə hazırlanmışdır.

 

“Dream Diamond” üzüyü (16,3 milyon dollar)

Sarı brilyantlı  “Dream Diamond” Honk Kongda ” Sotheby’s” auksionunda 16,3 milyon dollara satılan dünyanın ən bahalı   sarı daşlı  üzüyü  oldu. Yeri gəlmişkən,  bu hərracda  yalnız qadınlar iştirak edirdilər.

 

 “Perfect Çəhrayı Diamond” üzüyü (23,2 milyon dollar)

Bir çox xanımların xəyalına çevrilən nadir çəhrayı daşlı” Perfect Pink Diamond “üzüyü “Christie’s” auksionunda  23,2 milyon dollara satılmışdı .Qeyd edək ki,qiymətli daşın çəkisi 14.23 karatdır.

 

“Winston’s Blue Diamond “(23,8 milyon dollar)

Badam formasında və 13,22 karat ağırlığında  olan nadir mavi brilyant qaşlı üzüyün  dəyəri 23,8 milyon dollardır.Gözəlliyi ilə seçilən zinyət əşyası  dünya rekordlarını qıraraq “qüsursuz bir brilyant” adı ilə tarixə düşdü.

 

“Graff Pink Diamond” üzüyü (46,2 milyon dollar)

Məşhur olan “Graff Pink Diamond” üzüyü məşhur zərgər Qarri Vinston tərəfindən satılmışdı. “Graff Pink Diamond” üzüyünün çəkisi  24.78 karatdır.Eyni zamanda,qiymətli  və incə zinət əşyası  Hong Kongda keçirilən  “Sotheby’s” auksionunda 46.2 milyon dollara satılmışdı.

 

“Pink Star Diamond” üzüyü (72 milyon dollar)

İsaak Volf tərəfindən 72 milyon dollara satılan “Pink Star Diamond” üzüyü dünyada ən bahalı zinyət əşyalarından biridir. Bu qiymətli daş Afrikada aşkar edilmişdi. Maraqlı quruluşu ilə diqqəti çəkən üzük ilk görünüşdən bir böcəyə bənzəyir.Üzüyün digər adi isə  “Çəhrayı Yuxu”dur. Hal-hazırda dəyərli üzüyün heç bir sahibi yoxdur,çünkü o milli sərvət kimi qorunmaqdadır. Bu üzüyün hazırlanması ilə bağlı maraqlı faktlardan biri də odur ki, çəhrayi brilyant daş cilalanmadan öncə 132.6 karat idi. Lakin onu forması dəyişdikdən sonra onun ağırlığı 59.60 karat oldu.

 

“Ring Wittelsbach-Graff” (80 milyon dollar)

“Ring Wittelsbach-Graff” brilyant üzüyü tarixin ən bahalı üzüyüdür. Elmas 17-ci əsrin sonunda Hindistanda, Kunlur Mine adlı yerdə aşkar edilmişdir. Bu üzüyün əsas hissəsi mükəmməl şəffaf tünd göy daşdan ibarətdir. Həmin daşın ağırlığı isə  31.06 karatdır. Nadir brilyantın ilk sahibi Kral IV Filipp idi və dəyərli üzük məhz  Bavariya və Avstriya monarxiyalarına məxsus idi.Hal-hazırda bu əsrarəngiz   brilyant üzük Milli Tarix  muzeyində  sərgilənir.

UZUK 7UZUK 2

UZUK 6

UZUK 5

UZUK 4

UZUK 3

UZUK 2

UZUK 1

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir