Sepsis

Sepsis xəstəliyi nədir?

Baxış sayı: 642

Hər kəsin zaman-zaman infeksiyası olur, ancaq orqanizm buna anormal reaksiya verərsə, sepsis və ya xalq arasında məlum olduğu kimi qan zəhərlənməsi baş verə bilər.

Nəticələri ölümcül ola biləcəyi üçün diqqət və erkən müdaxilə tələb edən bir vəziyyətdir. Bədənimizə daxil olan yad mikroorqanizmlər səbəbindən hamımız zaman-zaman müxtəlif intensivliklərdə infeksiyalar yaşayırıq. Ancaq bəzən bədən bu infeksiyaya həddindən artıq reaksiya verir və insanlar arasında qan zəhərlənməsi kimi tanınan sepsis baş verir. Sepsis orqanlara zərər verdiyi üçün ölümcül nəticələrə səbəb olan bir vəziyyətdir və buna görə diqqət tələb edir. Erkən diaqnoz qoyulduğu zaman sepsisdən qurtulmaq mümükündür. Belə bir xəstəliyə tutulduğundan şübhələnən şəxs ən yaxın səhiyyə müəssisəsinə müraciət edərsə, erkən müdaxilə ilə bu vəziyyətdən problemsiz şəkildə çıxa bilər. Bəzi insanlar sepsis halında daha çox risk daşıyırlar.

 

Sepsis nədir?

İnsanlar arasında qan zəhərlənməsi olaraq da bilinən sepsis, orqanizmimiz bakteriya, mikrob və ya göbələk kimi yad bir mikro orqanizmin səbəb olduğu infeksiyaya anormal reaksiya verdikdə baş verir. Erkən müdaxilə edilmədikdə, bədənimizdəki orqan və toxumalara zərər verdiyi üçün ölümcül nəticələrə səbəb ola bilər.

Statistik məlumatlara görə, ABŞ-da hər il 1,7 milyon insan sepsisdən əziyyət çəkir və bu insanların ən azı 350 mini ya ölür, ya da xüsusi qayğıya götürülür. Xəstəxanada dünyasını dəyişən hər 3 nəfərdən 1-nin sepsisdən əziyyət çəkdiyi görülür. Sepsis və ya ona səbəb olan infeksiya 87 faiz hallarda xəstəxanaya getmədən əvvəl başlayır.

 

Sepsisə səbəb nədir?

Bakteriya, mikrob və ya göbələk kimi yad bir mikroorqanizm bədənimizə daxil olduqda, sitokin adlanan molekullar işə düşür və infeksiyanın səbəbini aşkar edərək mübarizə aparmağa başlayır.

Bu infeksiya bütün bədənə yayılarsa, biz sepsis yaradan çoxlu stokin istehsal edirik. Bir çox müxtəlif infeksiyalar sepsisə səbəb olsa da, ümumiyyətlə, ağciyər, sidik yolları, dəri və mədə-bağırsaq traktında başlayan infeksiyaların sepsisə çevrilmə riski yüksəkdir. Məlumdur ki, COVID-19 və qrip və göbələk infeksiyaları kimi viral infeksiyalar da sepsis riski yaradır. Yanıqlar və açıq yaralar da sepsisin inkişaf riski altındadır.

 

Sepsisin əlamətləri hansılardır?

Ümumi simptomlar; hərarətin yüksək və ya aşağı olması, nəfəs darlığı və tənəffüs sürətinin artması, artan ürək döyüntüsü, aşağı qan təzyiqi, dəri rənginin dəyişməsi, sidik ifrazının azalmasıdır.

 

Ağır sepsis simptomları:

Ürək funksiyalarının azalması, dəri rənginin dəyişməsi, təzyiq, bədən istiliyində dəyişiklik, nəfəs almaqda çətinlik, sidik ifrazının azalması, trombositlərin sayının azalması.

 

Sepsis qaynaqlı septik şokun əlamətləri:

Anormal, aşağı qan təzyiqi, böyrək çatışmazlığı səbəbindən orqan pozğunluqları, laktik turşuya görə qan dəyərində artım…

Ümumiyyətlə sepsis vəziyyətində tez-tez görülən bəzi simptomlar bunlardır. Təbii ki, bütün bu əlamətlər bir anda görünməyə bilər, lakin siz artıq infeksiyaya yoluxduğunuzu bilirsinizsə, bu simptomlardan birini və ya bir neçəsini hiss etdiyiniz zaman ən yaxın səhiyyə müəssisəsinə müraciət etməyiniz tövsiyə olunur.

 

Sepsis necə aşkarlanır, necə diaqnoz qoyulur?

Yuxarıda sadalanan simptomlardan biri və ya bir neçəsi ilə xəstəxanaya getdiyiniz zaman həkiminiz əvvəlcə sizdən qan testi tələb edəcək. Bundan əlavə, oksigen dəyərləriniz, elektrolit balanssızlığınız və qan laxtalanma vəziyyəti yoxlanılır. Yaranız varsa, ifrazat nümunəsi götürülə bilər və ya sidik testi və bəlğəm testi götürülə bilər. Vəziyyətdən asılı olaraq MRT, ultrasəs, rentgen kimi müxtəlif testlər də tələb oluna bilər.

 

Sepsis diaqnozu qoyulduqdan sonra necə müalicə olunur?

Xəstədə sepsis vəziyyəti erkən aşkar edilərsə, onun müalicəsi tez həyata keçirilə bilər. Vəziyyətdən asılı olaraq xəstə reanimasiya şöbəsinə aparıla, tənəffüs və ürək funksiyaları tənzimlənə bilər. İstifadə ediləcək ilk dərman geniş spektrli antibiotiklərdir, çünki onlar müxtəlif bakteriyalara qarşı təsirli olurlar. Analizlərin nəticələrinə görə, həkiminiz infeksiyanın əsas mənbəyini tapır və yeni müalicəyə başlayır.

Xəstənin təzyiq vəziyyətinə uyğun olaraq venadaxili maye verilə bilər. Nəfəs alması çox pis olarsa, onu aparata taxmaq, böyrəkləri çox pis vəziyyətdədirsə, dializə getmək kimi müxtəlif proseslər həyata keçirilə bilər. Müalicə metodu tamamilə xəstənin vəziyyətinə uyğun olaraq, həkim tərəfindən təyin olunacaq.

Yenidoğulmuşlarda sepsis vəziyyətinə xüsusi diqqət yetirilməlidir. Yeni doğulan körpələrdə tədbir görülmədikdə, anada infeksiya varsa, bakterial vaginit varsa, doğuş zamanı reanimasiya edilmişsə, ya da əkiz hamiləlik vəziyyəti varsa, sepsis riski yüksəkdir. Əgər körpə əmməkdə çətinlik çəkirsə, bədən istiliyi dəyişirsə, nəfəs almaqda çətinlik çəkirsə, dərisi solğundursa, qusma, ishal, sarılıq və ya epilepsiya tutmaları varsa, ən yaxın tibb müəssisəsinə aparılmalıdır. Çünki bunlar körpələrdə sepsisin ən çox görülən əlamətləridir.

Bəzi insanlarda sepsis riski daha yüksəkdir. 1 yaşa qədər körpələr, 65 və yuxarı yaşda olan insanlar immunitet sistemi zəif olanlar diabet xəstələri risk qrupuna daxildirlər. Eyni zamanda ağciyər xəstələri, xərçəng xəstələri, böyrək xəstələri, yaxınlarda ağır xəstəlik keçirənlər, daha əvvəl sepsis keçirənlər daha çox risk daşıyır.

Təbii ki, hər kəsin orqanizmimizin infeksiyaya anormal reaksiyası nəticəsində yaranan sepsis riski var, lakin yuxarıda sadaladığımız insanlarda bu risk daha yüksəkdir. Bu insanlarda baş vermə riski ilə yanaşı, sıx təsir riski də daha yüksəkdir.

Sepsis erkən müalicə olunarsa, dərmanla müalicə edilə bilən bir vəziyyətdir. Bu səbəblə bədəninizi yaxşı tanımalı və anormal bir vəziyyət yaşadığınızı düşünürsünüzsə, mütləq ən yaxın səhiyyə müəssisəsinə müraciət etməlisiniz.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir