geyim

Mövsümün ən perspektivli tendensiyası

Baxış sayı: 424

Son bir neçə mövsümdə biz sadəcə sonsuz trendlər içində boğuluruq. Trendlər əvvəllər də qibtə edilən qanunauyğunluqla dəyişirdi. Lakin hər gördüyünü estetik şəkildə geyinməyə çalışan TikTok istifadəçilərinin peyda olmasından sonra demək olar ki, hər ay yeni tendensiyalar meydana çıxır. Onların populyarlığı çox qısa çəksə belə moda dünyasına təsiri danılmazdır. Uzun müddətdir ki, moda arenasına əsasən “Barbie” obrazları hakimdir. “Barbie” filminin kinoteatrlarda nümayişi dayandırılan kimi onun da tezliklə unudulacağı proqnozlaşdırılır. Bununla birlikdə kukla obrazını əvəz edən yeni bir trend gəlməyə hazırlaşır.

Stilistlərin sözlərinə görə, onun layiqli əvəzləyicisi tamamilə əks bir stil olacaq. Söhbət kitabxanaçı üslubundan gedir.

Kitabxana işçiləri dizaynerlərin ən bariz ilham mənbəyi deyil. Bu stili gündəmə gətirən “Miu Miu” moda evinin payız-qış nümayişindəki modellər oldu. “Sandy Liang” kolleksiyasında da bu obraza rast gəlmək olar. Klassik kardiqanlar, karandaş ətəklər, naxışlı kolqotkalar və əlbəttə ki, nazik çərçivəli eynəklər kitabxana obrazının ayrılmaz hissəsi olacaq. Lakin kitabxanaçı obrazı dedikdə ağlınıza məktəbdəki kitabxana işçiləri gəlməsin. Bir sözlə, obraz sərtdir, eyni zamanda cəsarətlidir.

 

Kitabxanaçı imicini necə yaratmaq olar?

İşgüzar qarderobun əsas komponentləri vacibdir: dizə qədər və ya qələm ətəklər, pambıq köynək, klassik paltar, bir cüt lofer, baletka və ya “Mary-Jane” ayaqqabısı, yumşaq yun sviter və ya düyməli jaket, boş pencək, klassik şalvar və eynək. Məhz bu sadə kompozisiyalar sayəsində kitabxanaçı obrazının böyük populyarlıq qazanmaq və uzun müddət bizimlə qalmaq şansı var. Bunların çoxu yəqin ki, artıq qarderobunuzda var və ya hər hansı geyim qərarına gəlsəniz belə, bu, şübhəsiz ki, təkcə “kitabxanaçı” obrazı üçün deyil, başqa vaxt da lazımlı olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir