yuxu

Bahar yorğunluğundan necə qurtulmalı? – Məsləhət

Baxış sayı: 1. 577

Hər mövsümün özünəxas xəstəlikləri var. Qışda yuxarı tənəffüs yolu xəstəlikləri, yayda isə bağırsaq infeksiyalarına çox rastlanır.

Bahar isə havaların isinməsi, təbiətin oyanması ilə insanların özünü yaxşı hiss etdiyi mövsümdür. Bundan başqa yazda insanlarda halsızlıq, yorğunluq və istəksizlik görülür.

“Bahar yorğunluğu” xalq arasında sıx istifadə edilən termin olaraq iqlim dəyişkənliyinin bədəndə yaratdığı yorğunluq hissi kimi tanınır. Yorğunluqla yanaşı yuxu pozğunluğu, iştahasızlıq, əzələ tutulmaları, oynaq ağrıları, qadınlarda menstruasiya pozğunluğu kimi əlamətlərin biruzə verdiyi bir haldır.

“Gencaile.az” saytı  bahar yorğunluğuna qalib gəlmənin yollarını təqdim edir.

Halsızlıq səbəblərinin başında metereoloji amillər durur. Mövsüm keçidləri ilk əvvəl hormonal sisteminizə təsir edir. Bədənin yeni ətraf dəyişikliklərə ayaqlaşması və hormonal balansın təşkili vaxt alır. Qış aylarında hərəkətsiz həyat sürüldüyündən və artıq çəki alındığından yazda hərəkətli yaşamla ayaqlaşmaq çətin olur. Ani istilik dəyişikliyi də adaptasiya sistemimizi çətinləşdirir.

Stress və bahar…

Bu mövsümdə xüsusən gərgin çalışan, stressi yüksək olan və depressiyaya meylli insanlarda yorğunluq görülə bilir.

Əslində bahar yorğunluğu daha çox şəhərlərdə, ətraf mühiti çirkli ərzailərdə yaşayan, nizamsız stressli həyatı olan, pis qidalanan insanlarda sıx görülür.

Bu mövsümdə tiroid xəstəlikləri, ciddi depresiyya, xroniki xəstəliklər, pis mənşəli xəstəliklər nəzərə alınmalıdır.

Hər zaman sağlam qidalanmaya əhəmiyyət verməlisiz. Bir çoxlarının qış aylarında bol kaloriyə üstünlük verib tərəvəz və meyvəni az yeməsi yazda öz fəsadlarını göstərir.

Tərəvəz, meyvə artırılmalı, yağ miqdarı aşağı salınmalıdır. Qatqı maddələri çox olan ağır kalorili, duz və yağla zəngin, tort, keks çips, çərəz kimi qidalardan uzaq durmaq lazımdır. Yüksək qlükoza tərkibli bəzi içkilərdən də uzaq olun. Hər gün 2 litr su içməyi unutmayın. Süd və süd məhsulları da içilə bilər.

İş həyatının qış aylarında daha ağır olması, stressin yığılması mövsüm dəyişikliyində depressiyaya meyli artırır. Stressi azaldan idman, məşğuliyyət və açıq havada çox vaxt keçirmək məsləhətdir. Günəş işıqlarının ruhumuza müsbət faydalarını unutmamaq lazımdır.

Hər şeyin başı yuxudur

Vərdiş etdiyiniz yuxu normasını dəyişdirməyin. Az yatmaq qədər çox yatmaq da özünüzü pis hiss etmənizə səbəb olar. Həmişə eyni vaxtda yatağa gedib eyni saatda oyanmağa çalışın.

Allergiya, ürək-damar, astma, şəkər problemi olanlar bu mövsümdə müayinələrini mütləq etdirməlidir.

Dəstəkləyici vitamin dərmanlarının istifadəsini həkimlə məsləhətləşin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir