3

Dünyanın ən qeyri-adi evləri – FOTOLAR

Baxış sayı: 515

Fantastik bir filmdən çıxmış kimi görünən bu 5 qeyri-adi evi evinizdən tərpənmədən səyahət etməyinizə imkan yaradacayıq.

Beləliklə,  bu 5 qeyri-adi evi təqdim edirik:

 

Ağaç ev

Ağac evin həvəskarları çoxdur. Hətta Türkiyədə bir çox ağac evi tikilməyə başlanılıb. Ancaq bu ev həqiqətən meşənin dərinliyindədir və elə bil oraya aiddir. Üstəlik, 3 mərtəbəli tikili  asanlıqla aşılaçaq kimi görünmür.

 

Nağıla bənzəyən ev

Yaponiyadakı bu nağıl evi yalnız geniş təsəvvürə malik olan yaponlara aid bir evdir. Yamanaşidə yerləşən bu ev çay otağı kimi istifadə olunur. Bu ev yaponların məşhur çay mərasimlərinin səhnəsi sayılır.

 

Norveçdə bir fantastik ev

Norveçdəki bu fantastik ev bir az qorxunc deyilmi? Xarici görünüşü ilə Norveçin dumanlı havası birləşəndə evin içərisində bir cadügarın  yaşadığı düşünülür.

 

Akebono Kodomo no Mori Koen

Adı bir az uzundur, amma söyləmək çox əyləncəlidir. Akebono Kodomo no Mori Koen sevimli binalar, körpülər, ağac evi və kiçik bir gölməçənin ortasında bir mayakdan ibarət bir uşaq meydançasıdır.

 

Təbiət ev

Bu ev Skandinaviyada ekoloji cəhətdən təmiz bir evdir. Təbiətdə yaşamaq istəyirsən? O zaman sizin üçün əla bir nümunədir. Bu evi tikənlərin təbiət anlayışına layiq olduğunu asanlıqla deyə bilərik.

 

Vüsal Cahanov

 

4

5

3

2

1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir