TELEFON

Sosial şəbəkələr yuxunu pozur

Baxış sayı: 391

ABŞ-nin Kaliforniya Universitetinin alimləri apardıqları eksperiment zamanı belə qənaətə gəliblər ki, yuxusuzluq, habelə keyfiyyətsiz yuxu tələbələrin sosial şəbəkələrdən asılılıq və onların xroniki yorğunluğu ilə düz mütənasibdir.

Tədqiqatçılar bir həftə ərzində 76 tələbə (42 qız və 34 oğlan) arasında anket sorğusu aparıblar. Bütün könüllülərin sosial şəbəkələrdə profilləri olub. Eksperiment iştirakçıları hər gün anket sorğusunda iştirak edərək, necə yatdıqları və gündəlik rejimləri barədə məlumat veriblər.

Mütəxəssislər müəyyən ediblər ki, yuxusuzluq və az yatmaq sosial şəbəkələrə aludəçiliyin səbəb olduğu ümumi xroniki yorğunluqla düz mütənasibdir.

İngilis alimlər isə valideynlərə uşaqlarına saat 22:00-dan sonra telefondan istifadəni qadağan etməyi məsləhət görürlər.

Araşdırmalara əsasən, sosial şəbəkələrdən istifadə edən gənclərdə yuxusuzluq və fiziki zəiflik problemi yaranır. Xüsusilə saat 22:00-dan sonra bu problem sürətlənir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir