Universitetə hazırlıq dövrü gənclərin gələcəyində yer tuta biləcək bir dövrdür. Uğurlu nəticə əldə etmək üçün bir sıra qaydalara əməl etmək lazımdır .
1) Nizamlı olaraq çalışmaq saatlarını təyin edin
Hər gün eyni saatlarda dərs oxumağı vərdiş edin. Bu, nizam-intizama əldə etməyi və nəticəni artırmağa kömək edir.
2) Məqsədinizi müəyyənləşdirin
Proqramınızı hazırlayarkən potensialınıza uyğun hədəflər qoyun. Bu məqsədlər sizi motivasiya edir və bu prosesdə sizə kömək edir.
3) Qeydlər aparmağı vərdiş halına salın
Hər bir şeyi qeyd etmək əvəzinə, dərs zamanı və oxuyarkən lazımlı qeydlər aparın. Bu, təkcə öyrənməyi gücləndirmir, həm də imtahana hazırlığınızı asanlaşdırır.
4) Çalışma mühitinizə diqqət yetirin
Bu prosesdə ən vacib şey, şübhəsiz ki, mühitdir. Sakit, nizamlı və həvəsləndirici bir mühit yaradın. Bu, diqqətinizi yayındırmağınızın qarşısını alır.
5) Vaxtı yaxşı idarə edin
Vaxtınızı səmərəli istifadə etməyiniz üçün tapşırıqlarınızı nizama salın.
6) Aktiv öyrənmə üsulları kəşf edin
Öyrənmə prosesinizi daha effektiv etmək üçün fərqli təlim metodlarından istifadə edin. Qrup araşdırmaları, videolar,və sual-cavab və.s
7) Fasilələr etməyi unutmayın
Müntəzəm fasilələr beyinin dincəlməsinə kömək edir. Hər dərs saatından sonra qısa fasilələr verməyi unutmayın.
8) Qidalanma və yuxu rejiminə diqqət yetirin
Sağlam həyat tərzinə riayət etmək enerjinizi və zehni itiliyinizi artıra bilər. Xüsusilə imtahan prosesinin gərginliyi bu dövrdə sağlamlığınıza mənfi təsir göstərə bilər. Sağlam qida və yuxu rejiminə mütləq riayət edin.
9) Sosiallaşmağa davam edin
Tamamilə cəmiyyətdən təcrid olunmayın. Dostlar və ailə ilə vaxt keçirmək sizə emosional cəhətdən sağlam olmanıza kömək edə bilər. Şəxsi istirahətə də vaxt ayırın.
Zümrüd Haqverdiyeva
Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu