evlilik

Subay, dul və boşanmış dövlət başçıları

Baxış sayı: 1. 805

Statistika görə, bütün dünyada boşanmaların sayı artıb. Dövlət başçıları arasında da  nadir hallarda bu tendensiyaya rast gəlinir. Adətən vəzifədə olarkən boşanan, yaxud dul qalan prezidentlərin reytinqi seçicilər arasında çox aşağı olur. Əvəzində subay prezidentlər daim seçicilərin diqqətini cəlb edir. Vəzifə başında boşanan, dul qalan və subaylığını qoruyub saxlayan dövlət başçılarının siyahısını təqdim edirik.

Hollandiyanın baş naziri Mark Rütte – subay

1967-ci il fevralın 17-də Hollandiyanın Haaqa şəhərində 7 uşaqlı ailədə anadan olub. 2010-cu il oktyabrın 14-dən solçu Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının sədri kimi Hollandiyanın baş naziridir. Lakin Mark Rütte çoxuşaqlı ailədə doğulmasına baxmayaraq, şəxsi həyatda subay qalmağa üstünlük verir. O, heç zaman evlənməyib.

Cənub Koreya prezidenti Pak Kın Xe – subay

1952-ci il fevralın 2-də Tequ şəhərində anadan olub. Atasının prezidentliyi dövründə (1963-1979) vaxtsız vəfat etmiş anasının yerinə ölkənin birinici ledisi kimi təqdim olunub. 2012-ci il dekbarın 19-da Cənubi Koreya prezidentliyi uğrunda keçirilən seçkilərin 2-ci turunda qələbə qazanaraq prezident seçilib. Pak Kın Xe heç zaman evli olmayıb.

Boliviya prezidenti Evo Morales – subay 

1959-cu ildə Boliviyanın Orinoka qəsəbəsində anadan olan Morales son 400 ildə Boliviyaya rəhbər seçilən ilk hindu əsilli prezidentdir. O 2006-cı il yanvarın 22-də keçirilən prezident seçkilərində qələbə qazanıb. 2009-cu ilin dekabrında növbəti dəfə seçkilərdə qalib gəlib. “Mənim həyat yoldaşım Boliviyadır”, – deyən Evo Morales heç vaxt evli olmayıb.

Fillipin prezidenti Beniqino Akino – subay

O 1960-cı il fevralın 8-də ölkənin paytaxtı Manilada anadan olub. 2010-cu ilin mayında Fillipin Liber Partiyasının namizədi kimi prezident seçkilərinə qatılıb və qələbə qazanıb. Beniqino Akino subaydır.

Litva prezidenti Dalya Qribuskayte – subay

Xanım Dalya Qribuskayte 1956-cı il martın 1-də Litvanın paytaxtı Vilnüsdə anadan olub. 2009-ci il iyul ayının 12-dən ölkə başçısıdır. 2014-cü ildə yenidən bu posta seçilib. Dalya Qribuskayte heç zaman evli olmayıb və valideynlik sevinci yaşamayıb. Litva mətbuatında prezidentin lezbiyan olması ilə bağlı iddilar ortaya atılsa da, Qribuskayte şəxsən bu iddiaları rədd edib.

Botsvana prezidenti Yan Kxama – subay

Yan Kxama 1953-cü il fevralın 27-də Böyük Britaniyanın Surrey qraflığında anadan olub. Botsvananın ilk prezidenti Seretse Kxamanın oğludur. 2008-ci il aprelin 1-dən ölkəyə rəhbərlik edir. 62 yaşlı Yan Kxama subaydır.

Rusiya prezidenti Vladimir Putin – boşanıb  

Vladimir Putin 1952-ci il oktyabrın 7-də anadan olub. 2000-2008 və 2012-ci ildən Rusiya prezidenti səlahiyyətlərini icra edir. O 1983-cü il iyulun 28-dən Lyüdmila Putina ilə evli olub. 2013-cü il iyunun 6-da isə Rusiya mətbuatına birgə açıqlamalarında boşandıqlarını deyiblər. Bu nikahdan onların Mariya (1985) və Katerina (1986) adlı 2 qız övladları var.

Argentina prezidenti Kristina de Kirşner – dul

Kristina Fernandes de Kirşner 1953-cü il fevralın 19-da La-Plata şəhərində anadan olub. 2007-ci il dekbarın 10-da Argentina prezidenti seçilərək bu postda həyat yoldaşı Nestor Kirşneri əvəzləyib. 2011-ci ilin oktyabrında ikinci müddətə prezident seçilib. 2010-cu il oktyabrın 27-də Kristina Kirşnerin həyat yoldaşı Nestor Kirşner ürək çatışmazlığından vəfat edib. Cütlüyün 2 övladı – Maksimo (1977) və Florensiya (1990) var.
Kristina Fernandes de Kirşner hazırda dul qadındır.

(modern.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir