Təbiətin bizlərə verdiyi dəyərli məhsullardan biri də tərəvəzlərdir. Tərəvəz tərkibində olan vitaminlər və mineral maddələrə görə dəyərli qida məhsullarından hesab olunur. Bu yazıda tərəvəz yeməyin 6 faydası haqda danışacağıq.
1. Ürək xəstəlikləri təhlükəsini azaldar. Mütəxəssislərin nəzərinə görə, tərkibində B vitamini olan tərəvəzləri yemək ürək xəstəlikləri riskini aşağı salar. Bu tərəvəzlərə ispanağı və kələm ailəsini misal göstərmək olar.
2. Diabet xəstəliyinin qarşısını alar. Adətən bu xəstəliyə o kəslər düçar olur ki, bədənlərində maqnezium çatışmazlığı olur. İspanaq, və kələm ailəsinə daxil olan tərəvəzlər maqneziumla zəngindir və ona görə də diabet riksini azaldır.
3. Bədən əzələlərini gücləndirər. Aparılan tədqiqat göstərdi ki, o kəslər ki, orqanik olmayan qida məhsulları ilə qidalanmışdılar və daha çox nitrat qəbul etmişdilər, orqanik və təbii tərəvəzlərlə qidalanan idmançılarla müqayisədə daha zəif əzələlərə malikdirlər.
4. Sinə xərçəngi riskini azaldar. Tərə ən faydalı tərəvəzlərdəndir ki, tərkibində isothiocyanate maddəsi vardır. Bu maddə insanı xərçəng xəstəliklərindən qoruyar. Bu maddə xüsusilə sinə xərçəngi ilə mübarizə aparar.
5. Görmə qabiliyyətini yaxşılaşdırar. Görmə qabiliyyətini gücləndirmək üçün tərəvəzlərdən ən yaxşısı kökdür. Bundan əlavə, kələm ailəsinə daxil olan tərəvəzlər də görmə qabiliyyətini yaxşılaşdırar və göz sağlamlığı üçün faydalıdır.
6. Sümükləri sağlam edər. Əgər sümüklərinizin möhkəm olmasını istəyirsinizsə, kələm ailəsinə daxil olan tərəvəzlərdən çox istifadə edin. Bundan əlavə tərə, ispanaq tərkibində K vitamini olduğu üçün sümükləri sağlam və möhkəm edər.
Nərminə Abbasova
Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)