aile

Mübahisələrdə kişilər qadınlara niyə uduzur?

Baxış sayı: 566

Baş verən mübahisələrdə çox vaxt qadınlar kişiləri qabaqlayır. Bəs, həmin mübahisələr zamanı kişilərin qadınlara uduzmasının səbəbi nədir?

Qadınlar məsələlərin təfərrüatlarını və şərtlərini kişilərdən daha yaxşı xatırlayırlar.

İsveç alimləri hesab edir ki, qadınlarda epizodik yaddaş daha yaxşı inkişaf edib. Bu da onlara sübut kimi daha çox fakt gətirməyə imkan verir.

Mütəxəssislər bildirir ki, ümumiyyətlə kişilərin mübahisəyə girməmələri daha məsləhətdir. Çünki çox vaxt qadının fikri daha əsaslı və haqlı səslənir.

aile

Alimlər kişi və qadınların epizodik məlumatları necə yadda saxladıqlarına dair yüzlərlə materialı təhlil ediblər. Onların nəzərdən keçirdikləri tədqiqatlar 1973-2013-cü illər arasında aparılıb və 1,2 milyon insanı əhatə edib.

Məlum olub ki, qadınlar bir həftə əvvəl baş verənləri hər detalı ilə yadda saxlayır, həm də hadisələri mükəmməl xatırlayırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir