etir;i sam

Ətirli çubuqlarla bağlı şok həqiqətlər – Bunları bilirdinizmi?

Baxış sayı: 448

Bir çox insanlar evlərində ətirli şamlar, buxur və otaq ətirləri saxlayırlar. Belə demək olarsa, ətirli şamlardan istifadə bir çox insan üçün vazkeçilməz hala gəlməkdədir.

Xüsusi günlərdə, stresli və problemli vaxtlarda yandırılan şamlardan əlavə, buxur və otaq qoxuları da çox məşhurdur.

Araşdırmalar göstərir ki, bu məhsulların istifadəsi xüsusilə payız-qış aylarında geniş vüsət alır. Bu dövrdə evlərdə alma, ənbər, şam və müxtəlif ədviyyat qoxularına üstünlük verilir.

Mütəxəssislər isə xəbərdarlıq edir ki, bu tipli məhsullardan istifadə etmək insan sağlamlığı üçün birbaşa təhlükədir.

BAKU.WS xəbər verir ki, tibb elmləri doktoru, professor Pelin Aktaş Uysal bu barədə xüsusi açıqlama verib:

“Qoxu beynimizin emosional və yaddaş mərkəzi ilə sıx bağlıdır. Bu hissat insandan insane fərqli təssürat yaradır. Müəyyən qoxular keçmişin unudulmuş xatirəsini, hətta tam olaraq xatırlanmasa da, geri qaytara bilər”.

Həkim deyir ki, fəqət həmin məhsulların insan orqanizmi üçün olduqca pis təsirləri var:

“Araşdırmalar göstərir ki, zəif havalandırılan, kip bağlı pəncərələrdə və kiçik məkanlarda yandırılan şamlar havanı çirkləndirir.

Bu astma və ekzema kimi müxtəlif xəstəliklərin riskini artırır. Xüsusilə ətirli şamlar yanan zaman asetaldehid, formaldehid və naftalin kimi üzvi kimyəvi maddələri havaya buraxır. Bu da insanın nəfəs borusuna, bronxlarına zərərlidir”.

Mütəxəssisin sözlərinə görə, yanan şamlar havaya uçucu üzvi birləşmələr və hissəciklər buraxır:

“Hissəciklər ağciyərlərinizə daxil ola bilən çox kiçik maye damcıları və hissəciklərin qarışığıdır.

Bu zaman insan ürəyində və ağciyərində problemlər yaranır. Formaldehid və benzin tərkibli həmin hissəciklər insanda xərçəng xəstəliyi yaradır”.

Qeyd edək ki, 2012-ci ildə allerqoloqlar Amerika Allergiya, Astma və İmmunitet Sistemi Universitetinin (ACAA) illik toplantısında bildiriblər ki, evdə pis qoxuları aradan qaldırmaq üçün istifadə edilən ev ətirləri və ətirli şamlar allergiyası olan insanlara mənfi təsir göstərə bilər.

Bildirilib ki, bəzi ətirli məhsullar; tənəffüs sistemi şikayətləri (nəfəs darlığı, burun tıkanıklığı, öskürək, astma tutması), dəri simptomları (ekzema, qaşınma, səpgi), ürəkbulanma, görmə problemləri, tinnitus, baş ağrısı, başgicəllənmə, konsentrasiyada çətinlik, narahatlıq yaradır. Eyni zamanda bu hal sinir sistemini zədələyir və insanda psixoloji problemlər yaradır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir