GOYERTI

Böyrək, sidik kisəsinin müalicəsi üçün bu göyərtiləri yeyin!

Baxış sayı: 633

Bəzi ədviyyat, bitki və göyərtilərin böyrək, sidik kisəsi, sidik yolları, ürək sağlamlığına təsiri çoxdan sübut olunan məsələdir.Təsadüfi deyil ki, alimlər ot və göyərtilərin yüksək antioksidant təsirini sübut edib

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, yaşıl ot, bitkilər,göyərtilərdə olan antioksidantlar orqanizmi sərbəst radikallardan qoruyur, təmizləyir, onlar C, K vitamini, beta karotin, kaliy, dəmirlə zəngindir.

Nermine Abbasova

 

Nərminə xanım bildirir ki, göyərtilərin iltihab, şiş əleyhinə təsiri var, qlükozanı və xolesterini salır, beyinə müsbət təsir edir.

Mütəxəssis ürək, böyrək, sidik kisəsi iltihabi xəstəlikləri, infeksiyaları, şişləri və damar tıxanmasına qarşı müalicəvi yaşıl bitki və ədviyyatların adlarını da açıqladı.

Bunlar mixək, darçın, rozmayin, sürvə, oreqanodur. Göyərtilərdən salat, kahı, cəfəri, keşniş, reyhan daha effektivdir. Cəfəri neçə illərdir yüksək təzyiq, sidik yollarında iltihaba qarşı istifadə olunur.

Həkin qeyd edir ki, hazırda da kulinariyada geniş istifadə olunun bu qidalar xəstəliklərlə ən güclü mübarizə vasitəsidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir