Nermine  Abbasova

Nərminə Abbasova: “Appendisit müalicə edilməli olan ciddi bir infeksiyadır”

Baxış sayı: 587

“İnsan bədəninin hələ də sirr olaraq qalan hissələrindən biri olan appendiks qarın boşluğunun sağ alt hissəsində yerləşir. Nazik bağırsağın bitdiyi, yoğun bağırsağın başladığı bölgədə yerləşir və xalq arasında kor bağırsaq kimi tanınır. Bağırsağın qurd şəklində uzantısı olan appendiks hər insanda fərqli uzunluqlara malik olsa da, orta hesabla 10 santimetr uzunluğundadır. Çox dar boru şəklində olan lümen adlanan orqanın daxili hissəsi uşaqlarda daha uzun limfatik, endokrin və ya ekzokrin sistemlərinin bir hissəsi olduğuna dair fikirlər var. Qapalı mühit olduğu üçün bu bölgədə mikroorqanizmlərin çoxalması çox asandır”.

Oxucularını mövzu ilə bağlı məlumatlandıran Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, həzm sisteminin başlanğıc nöqtəsi olan ağız mikrobların ən çox cəmləşdiyi bölgədir.

Ailə həkimi qeyd etdi ki, badamcıqlar bədəni ağızdakı mikroblara qarşı xəbərdar edən bir qoruyucu rolu oynadığı kimi, yoğun bağırsaq da mikroblarla zəngin orqandır:

“Badamcıqlar kimi, appendiks də orqanizmi yoğun bağırsaqdakı mikroblara qarşı xəbərdar edir. Appendiks hissəsində iltihablanma nəticəsində appendisit deyilən diskomfort yaranır. Şiddətli ağrı ilə özünü göstərən appendisit müalicə edilməli olan ciddi bir infeksiyadır. İltihablı nahiyədəki abses qanla qarışırsa, orqanizmdə həyati təhlükə yaradan mənzərə ilə qarşılaşır. Adətən bakterial mənşəli olan appendiksin partlamadan çıxarılması çox vacibdir”.

 

Appendisitin əlamətlərindən danışan həkim bildirdi ki, appendiksdəki hər hansı bir maneə bakteriyaların orqanda çoxalmasına səbəb olur. Onun sözlərinə görə, tıxanma səbəbindən təzyiq yüksəlir və qan damarları sıxılır. Sıxılmış damarlar qan axınına mane ola və qanqrenaya səbəb ola bilər:

“Qanqren səbəbiylə appendiks yarılırsa, yoğun bağırsaqdan çıxan nəcis qarın boşluğuna dolur. Əgər yoluxmuş appendiks sızarsa, asbes əmələ gətirir. Ümumi olaraq isə appendisitin əlamətlərini belə sıralamaq olar:

Əllə basıldıqda qarnın sağ alt hissəsində həssaslıq, bıçaq kimi hiss edilən kəskin ağrı və insanın ikiqat əyilməsinə səbəb olan ağrı və bu ağrının zamanla şiddətinin artması; bulantı və qusma; quru ağız və dil, iştahsızlıq; göbək ətrafında kəskin ağrı; həzmsizlik, qəbizlik və ya ishal; yüksək hərarət; sürətli ürək döyüntüsü; nəcisdə qaz, gərginlik və ağrı hissi.

 

Qeyd edim ki, hamilə qadınlarda appendisit ağrısı lateral və ya arxa bölgədə görünür. Appendisitin ürəkbulanma, qusma və iştahsızlıq kimi sipmtomları hamiləliyin normal əlamətləri olduğundan hamilə qadınlarda appendistin diaqnozu çətinləşə bilər. Odur ki, bu əlamətləri hiss etdikdə gecikdirmədən həkimə müraciət etmək lazımdır”.

 

 

İnsanları appendisitin hansı səbəbdən yaranması sualı çox maraqlandırır. Nərminə xanım bildirdi ki, mədədə tam həzm oluna bilməyən nar, limon kimi qida qalıqlarının nazik bağırsaqdan yoğun bağırsağa keçərkən appendiksə qaçması, həzm sisteminin iltihabı nəticəsində appendiksin ağzındakı limfa düyünlərində şişkinlik və qarın nahiyəsinə vurulan zərbələr nəticəsində appendiksin tıxanması, xora və xoralı kolit xəstəliyi, şişlər, bağırsaq qurdları və parazitlər, bakterial infeksiyalar və bağırsaq infeksiyaları, viruslar, göbələklər və digər mikroorqanizmlər də appendiks toxumasını zədələyərək iltihaba səbəb ola bilər:

“Appendisitin diaqnozu üçün həkim tərəfindən fiziki müayinə aparılır. Qarında həssaslıq və ağrı varsa, bakterial infeksiyanın olub-olmaması barədə məlumat üçün qan testi tələb oluna bilər. Appendisitin diaqnozunu birbaşa təyin edə biləcək qəti qan testi yoxdur. Xəstəliyin müalicəsi insandan insana dəyişə bilər, lakin adətən cərrahi yolla müalicə olunur. Əməliyyatın növü xəstənin vəziyyətinə görə dəyişir. Əgər appendiks sahəsindəki abses partlamamış və ya qopmamışsa, antibiotik müalicəsi ilk növbədə həkim tərəfindən aparılır. Daha sonra dəridən keçirilən borunun köməyi ilə orqandakı abses boşaldılır və bu prosedurdan sonra zəruri hallarda appendiks çıxarıla bilər. Appendiksdə yırtıq və ya sızma varsa, təcili olaraq cərrahiyyə əməliyyatı aparılmalıdır. Apendektomiya adlanan appendiksin çıxarılması ya açıq əməliyyat, ya da laparoskopik əməliyyat ola bilər. Çox nadir hallarda isə appendisit əməliyyatsız sağalır”.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi 

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir