Xoşbəxt evliliyə sahib olmaq istəyirsinizsə, Ailem.az-ın sizə təqdim etdiyi 25 qızıl qaydaya diqqət edin.
1. Bir-birinizin ən yaxın dostu olun. Ər-arvad kimi aranızda seks önəmini itirdiyində dost kimi başqa əyləncəli şeylər etməklə bir-birinizdən uzaqlaşmazsınız.
2. Lazım olduğunda evin görünüşünü həyat yoldaşınızın istəyinə uyğun şəkildə dəyişin.
3. Heç vaxt pul üstündə mübahisə etməyin.
4. Yorğun və ac olduğunuz hallarda önəmli və həssas mövzulardan danışmayın.
5. Həyat yoldaşınıza evə gələn mühüm bir qonaq kimi davranın.
6. Axşamlar yaxınlıq edə biləcək qədər çox yaxın oturun.
7. Birlikdə gülün.
8. Mümkündürsə hamamlarınızı ayırın, eyni hamamdan istifadə etməyin.
9. Qadınların sevilməyə, əzizlənməyə, kişilərinsə hörmət edilməyə ehtiyacı olduğunu unutmayın.
10. Ayda bir dəfə də olsa, birlikdə bir şeylər edin.
11. “Birinci mən” deməyin.
12. Övlad sahibi olun.
13. Mənfi şeylərdən tez-tez danışmayın.
14. Gözəl anlarınızı xatırlayın.
15. Mübahisələr zamanı ilk çıxış yolu boşanmaq olmamalıdı.
16. Ehtiraslı olun.
17. Bir-birinizi dəstəkləyin və digərinin fərdi fəaliyyətlərini qəbul edin.
18. Əvvəl sahib olduğunuz yaxşı dostlarınızı unudun, çünki artıq daha yaxşı bir dostunuz var – həyat yoldaşınız.
19. Seks həyatınızı qeyri-adi edin.
20. Evliliyinizə mənfi təsirləri olan qohum-tanışlarınızdan uzaqlaşın.
21. “Nə olar”, “Xahiş edirəm”, “Zəhmət oldu” kimi sehirli kəlmələri unutmayın.
22. Bir-birinizin fərqli xüsusiyyətlərinizə hörmətlə yanaşın.
23. Uşaqlar olmadan baş-başa bir səyahətə gedin.
24. Ortaq xəyallarınız olsun.
25. Bir-birinizin yetkinləşmə prosesinə diqqətsiz yanaşmayın.