xeyanet

Tanınmış psixoloq: “Belə qadınlar ərinə xəyanət edə bilər”

Baxış sayı: 540

Son vaxtlar mətbuatda qadınların “Həyat yoldaşımın telefonuna baxmaram”, “Ailəmin xatirinə xəyanəti bağışlayaram”, “Ərimi başqa qadınla görsəm, gözümü yumaram” kimi açıqlamaları yayılır.

Bu tip açıqlamaları daha çox məşhur qadınların, şou-biznes nümayəndələrinin dilindən eşitməksə, cəmiyyətdə birmənalı qarşılanmır. Bəziləri iddia edir ki, bu tip açıqlamalar qadınları qorxaq, müti saxlamağa xidmət edir və onlar zamanla xəyanəti normal qəbul edirlər.

Bəs görəsən, qadınların bu cür düşünməsi nədən qaynaqlanır? Bu sevgisiz qurulan ailələrin problemidir, yoxsa altında başqa psixoloji məqamlar yatır?

GULNAR ORUCOVA

 

Mövzu ilə bağlı danışan tanınmış psixoloq Gülnar Orucova hər bir halda, hər iki cinsin də xəyanətinin bağışlanmaz olduğunu deyib:

“Bizim cəmiyyət kişilərin xəyanətini normal qəbul edir. Sanki kişi elə xəyanət etməlidir. Niyə?! Bəzən deyirlər ki, poliqamdır, din deyir ki, 4 dəfə evliliyə icazə var və s. kimi əsaslar gətirilir. Onlara 4 dəfə evliliyə icazə verilməyib ki, əxlaqsızlıq edin.

O vaxt müharibələr olub, müharibədə qadınların həyat yoldaşları şəhid olub. Din ona görə kişilərə 4 dəfə evlənməyə icazə verib ki, sən sahibsiz bir qadına sahiblən. Bu da yenə birinci xanımının icazəsi olarsa, xanımları təmin edə biləcəksənsə, ailə qura bilərsən.

Əgər bunu edə bilməyəcəksənsə, evlənə bilməzsən. Bəzən efirə çıxıb deyirlər ki, 4 dəfə evlənməyə icazə var, xanımın xəyanəti bağışlanmazdı, kişininki isə bağışlana bilər. Biz niyə kişinin xəyanətini bağışlamalıyıq?”

O, ərinin xəyanətini bağışlayan qadınların bunu nə üçün etdiyini də açıqladı:

“Bəzi xanımlar kişinin xəyanətini bağışlayır, çünki onlar bilirlər ki, öz ayaqları üzərində dayanıb övladlarını maddi olaraq təmin edə bilməyəcəklər, sıxıntıları olacaq. O baxımdan yoldaşlarının xəyanətini bağışlaya bilirlər. Cəsarəti, özgüvəni, özünə hörmət hissi olan bir xanım kişinin xəyanətini bağışlamır.

Xəyanət edildiyi anda qadın özünü alçalmış, digər qadından əskik görür, niyə mənim ərim onu seçdi düşüncəsi ilə yaşayır, içinə kin, nifrət kimi mənfi duyğular yığılır. O dildə “bağışladım” deyə bilər, amma daxildə əsla xəyanəti bağışlaya bilməz.

Bəzi qadınlar həyat yoldaşlarından qisas almaq məqsədilə ona xəyanət edirlər, boşanmırlar. Cəsarət odur ki, xəyanəti bildiyin an həmin insandan ayrılasan, münasibətə son verəsən. Çünki xəyanət bir dəfə oldusa, onun ardı gələcək. Sədaqət hər iki tərəf üçündür. Qeyrət, namus, sədaqət anlayışlarını təkcə qadına aid etmək doğru deyil”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir