1) Onu dinləyin
İnsanı dinləmək və anlamaq çox önəmlidir. Diqqətlə dinlədiyiniz zaman, həmin şəxsin sizə olan güvəni artar və sizinlə sağlam ünsiyyət qurmağı bacaracaqdır.
2) Empatiya qurmağı bacarın
Qarşınızdakı insanın duyğularına önəm verin. Bununla həm insana verdiyiniz dəyərin göstəricisidir, həm də sizə olan baxış bucağının daha sağlam olmasına səbəb olacaqdır.
3) Güvəniləsi insan olun
Başqalarının sizə güvənməsi çox önəmlidir. Dediyiniz sözlərə əməl etmək, sağlam ünsiyyətin təməlidir.
4) Təcrübəniz və biliyinizi inkişaf etdirin
Söz bazanızın artması və yeni məlumatlar əldə etmək qarşıdakı insanın diqqətini cəlb edəcəkdir.
5) Müsbət düşüncə və davranışlar sərgiləyin
Qarşınızdakı insana qarşı pozitiv yanaşın və bunu davranışlarınızda sərgiləyin. Beləliklə sizi daha çox bəyənib və qəbul edəcəklər.
6) Özünüzü daima inkişaf etdirin
Yaşadığınız müddətdə daima yeni şeylər öyrənin. Beləliklə ətrafınızdakı insanlar sizi daha çox cəlbedici hesab edəcəklər.
Bu və buna bənzər diqqət çəkici xüsusiyyətlərlə insanlara təsir edə və düzgün ünsiyyət qurmağınıza səbəb olacaqdır.
Zümrüd Haqverdiyeva
Peşəkar Psixoloqlar İctimai Birliyi psixoloqu