fiseng salati

Fişəng salatı necə hazırlanır?

Baxış sayı: 428

Yeni il axşamı süfrənizi belə bir salat ilə bəzəyə bilərsiz. Bu salatı istənilən tərkiblə hazırlayıb bu formada bəzəyə bilərsiz. Bir az çətin görünsə də bu bəzək elə də çox vaxt aparmır.

 

Ərzaqlar:

  • 2 kartof
  • 3 yumurta
  • 2 kök
  • 1 çuğundur
  • 300 qr mal əti
  • Mayonez
  • Duz
  • Qara istiot

Bəzək üçün:

  • Nar
  • Qarğıdalı
  • Zeytun
  • Göyərti

Ət, kartof, kök, yumurta, çuğunduru suda qaynadın. Tərəvəzlərin qabığını soyub, əti əl ilə didin və ya blenderdə xırdalayın.

Folqanın üzərinə kartofu sürtkəcdən keçirib, duz, istiot və mayonez vurun.

Eyni qayda ilə kökü kartofun üzərindən əlavə edib, duz, istiot və mayonez vurun.

Didilmiş əti də əlavə edin.

Sonuncu qat olaraq yumurtanı sürtkəcdən keçirib duz, istiot və mayonez vurun.

Bir yumurtanın sarısını və yarım kökü bəzək üçün saxlayın.

Sonra folqanı ehtiyatla sıx büküb salatı rulet formasına gətirin.

Folqanı açıb salatı bir boşqaba qoyun, elə edin ki, bir az boş yer qalsın.

Salatın üzərinə mayonez çəkin.

Şəkildəki kimi çuğunduru, kökü sürtkəcin xırda gözündən keçirib, göyərtini xırda doğrayıb salatı bəzəyin.

Qarğıdalı, nar dənələri , zeytun doğrayıb salatı bəzəyin.

Kənarda qalan boş yerə yumurta sarısını sürtkəcin xırda gözündən keçirin, üstünə nar , qarğıdalı dənələri, göyərti yarpağı, zeytun, kök və çuğundurdan güllər və ulduzlar kəsib qoyun.

Yeni il salati

Yeni il salati




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir