qrip

Qripi bıçaq kimi kəsirlər: Bu 6 möcüzəvi qida süfrənizdə olsun ki…

Baxış sayı: 405

Qış ayları sonsuz qrip infeksiyaları ilə tanınır. Ancaq siyahımıza daxil etdiyimiz 6 qidanı istehlak etsəniz, immunitet sisteminizi gücləndirə və qrip infeksiyalarını bıçaq kimi kəsə bilərsiniz.

Beləliklə, immunitet sistemi üçün ən yaxşı olan 6 qidanı təqdim edirik:

 

Zəncəfil

Zəncəfil qripə səbəb olan viruslarla mübarizə aparmağa kömək edən antiinflamatuar xüsusiyyətlərə malikdir. Zəncəfil mədə-bağırsaq sistemini də rahatlaşdırır və qripdə tez-tez görülən qusma və ürəkbulanma kimi simptomları aradan qaldırmaqda təsirli olur.

 

Qara qarağat

Vitamin C immunitet sistemi üçün çox faydalıdır və qara qarağat portağaldan daha çox C vitamini ehtiva edir. Bu meşə meyvəsi antioksidantlarla zəngin olduğu üçün boğaz ağrısına da yaxşı təsir edir.

 

Noxud

Noxud sink mənbəyidir. Sink orqanizmin öz-özünə istehsal edə bilmədiyi vacib mineraldır və infeksiyalarla mübarizədə böyük rol oynayır. Bu mineral, qrip olduğunuz zaman immunitetinizi dəstəkləyir.

 

Sarımsaq

Araşdırmalar göstərir ki, xəstə olanda sarımsaq istehlakı soyuqdəymə və qrip əlamətlərinin şiddətini azaldır və xəstəliyin müddətini qısaldır.

 

Kələm

Kələm ən sağlam tərəvəzlərdən biridir və qripin qarşısının alınmasında da böyük rol oynayır. Kələmin tərkibində olan birləşmələr immuniteti gücləndirir.

 

Braziliya qozu

Braziliya qozunun tərkibində toxunulmazlığı gücləndirən selenyum adlı mineral var. Selenyum qriplə mübarizə aparmağa kömək edəcək immun sistemindəki hüceyrələri dəstəkləyir.

 

Aysel Şahmar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir