Orta məktəbi 103 yaşında bitirdi

Baxış sayı: 1. 477

“Oxumaq heç zaman gec deyil” fikrini əsas götürən amerikalı qadın 103 yaşında orta məktəbi bitirdiyinə dair diplom alıb.

“Lenta.ru” saytının yazdığına görə, Amerikanın Viskonsin ştatının 103 yaşlı sakini Mari Xant kiçik bacı və qardaşlarına baxmaq üçün 90 il əvvəl məktəbi atsa da, yenidən oxumaq ümidini heç vaxt itirməyib.

“Oxumaq həmişə mənim arzum olub. Əvvəllər mənim buna imkanım olmasa da, 100 il keçəndən sonra bunu reallaşdıra bildim”, -Xant bildirib.

Qeyd edək ki, orta məktəbi başa vuran Xant indi kollecə daxil olmaq fikrindədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir