SALVAR

2024-cü ilin şalvar dəbi – XANIMLAR OXUSUN!

Baxış sayı: 483

Dəbin geridönüşlü olması artıq heç kimi təəccübləndirmir, trendlər dəb arenasına başqalarını əvəz etmək üçün gəlir və gedir. Bir neçə mövsümdən sonra bu tendensiya yenidən təkrarlanır. Yeni il daha bir dəb dövrünün gəlişindən xəbər verir.

2020-ci illərin əvvəllərində dəbə minən hündürbel şalvarlar yenidən kürsüyə hakimdirlər. Onların geri dönüşü payızda başladı, lakin yalnız yaz-yay mövsümündə trend adını bərpa edə biləcəklər. Yaz-yay kolleksiyalarının moda nümayişlərinə qısa bir nəzər salmaq, bunu deməyə əsas verir. 2024-cü ildə şalvar hər hansı materialdan ola bilər, əsas odur ki, beli vurğulasın.

Geniş ayaqlı modellər öz aktuallığını itirməyəcək. Hündürbel şalvarları hansı ayaqqabı ilə birləşdirməyinizdən asılı olmayaraq, boyunuz vizual olaraq uzun görünəcək. Əlbəttə ki, dikdaban ayaqqabılar silueti daha da uzatmağa kömək edəcək, lakin bu şalvar düz modellərlə harmonik təsir bağışlayacaq. “The Row” moda evinin klassik kostyum modelləri, “Saint Laurent”in hələ də aktual olan karqo stili və ya “Loewe” brendinin velvet modellərini nümunə göstərmək olar. Enli balaqlı şalvarlar sizə yaraşmırsa, “Khaite” kolleksiyasının dar və “siqaret” adlanan şalvarlarına baxın. Piter Mülen də bir neçə mövsümdür “Alaia” kolleksiyalarında da bu stilə geniş yer verib.

Hündürbel şalvarın necə geyinilməsinin vahid formulu yoxdur. Hər şey şalvarın özündən və getdiyiniz hadisədən asılıdır. Bununla birlikdə, siluetə düzgün nisbətlər vermək və ayaqları vizual olaraq uzatmaq üçün vurğunu beldə saxlamaq vacibdir. Geniş, hündürbel şalvarlar dar vodolozkalar, trikotaj uzunqollar ilə, dar şalvarlar isə əksinə, həcmli koftalar və enli gödəkçələrlə gözəl görünəcək. Hündürbel şalvarları həmçinin klassik incə kəmərlə tamamlamağa çalışın. 2024-cü ildə hünderbel şalvar geyinməyin daha çox yollarını öyrənmək üçün qalereyaya baxmağı unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir