5fd9f1947ea0f5fd9f1947ea1016081186755fd9f1947ea0d5fd9f1947ea0e

Dünyanın ən varlı kəndi: Qızıldan hazırlanan heykəl, 826 otaqlı otel

Baxış sayı: 518

Çinin Cianqsu əyalətində yerləşən bu kənd bəlkə də dünyanın ən maraqlı və qeyri-adi yerlərindən biridir. Huaxi kəndi sözün əsl mənasında yeganədir.

Bura Çinin ən zəngin kəndi kimi tanınır. Təxminən 1500 nəfər əhalisi və 380 ailəsi olan bu kəndin tayı-bərabəri yoxdur. Kəndin bir çox gəlir mənbəyi var. Kəndin əmlakından əldə olunan gəlirin artığı kəndlilər arasında bölüşdürülür. Kənddəki hər ailəyə bir maşın verilib.

Huaxi, əslində bir kənddən daha çox bir müəssisə kimi işləyir və kəndlilər “bu müəssisənin səhmdarları”dır. Kəndin əsas gəlir mənbələri dəmir və polad, ağır sənaye və toxuculuqdur, lakin kənd hər gün əhalisinə yeni qazanc mənbələri taparaq sərvətinə zənginlik qatır. Ən zəngin kənd adına sahib olan Huaxi, yeni başlatdığı turizm ilə ildə milyonlarla turisti qəbul edir.

Kənddə hamı icazəsiz işləyir. Bu kənddəki fabriklərdə Çinin digər bölgələrindən gələn işçilər də çalışır. Həftənin 7 günü işləyən kəndlilər qazancları ilə hər kəsi təəccübləndirir.

Həftənin 7 günü işləyən bu insanlar dünyanın qalan hissəsini necə görəcəklər?

Kəndin qurucusu və başçısı Yu Renbao buna da bir həll yolu tapıb. Huaxi kəndində dünya şöhrətli turistik yerlərin təkrarları var. Ölkənin şimalındakı Çin səddi, Pekindəki “Qadağan olunan şəhər”, Nyu-Yorkdakı “Azadlıq heykəli”, Sidneydəki Opera Evi və Parisdəki “Triomphe Ark” bunlardan yalnız bir neçəsidir.

72 mərtəbəli göydələn, helikopterlər, lüks avtomobillər və evləri olan bu kənd ziyarətçiləri şoka salır. Kənddə turizm məqsədləri üçün istifadə edilən helikopterlərdən əlavə 2 yük gəmisi də var.

Kəndin göydələninin 60-cı mərtəbəsində təmiz qızıldan hazırlanmış nəhəng bir heykəl də var. Bundan əlavə, kənddə 826 otaqlı lüks və nəhəng bir otel tikilib. Buranın zənginliyini görmək üçün dünyanın hər yerindən turistlər gəlir. Kəndə girər-girməz fərq gözə çarpır. Nəhəng yollar, gözəl evlər və lüks avtomobillər …

Kənddə pulsuz təhsil və səhiyyə xidmətləri də mövcuddur. Bu kənd üçün çalışmalısan ki, bütün bunlardan bəhrələnə və lüks yaşaya biləsən.

Burada lüks villa və avtomobillərdən başqa bir kəndin sahib olması lazım olan şeylər də var. Restoranlar, parklar, bazar, market və bir neçə geyim mağazası. Hətta kənddə 800 antik qalıqların olduğu bir muzey də var. Kənddəki bəzi evlərin tikintisində qızıldan istifadə edildiyi iddiaları da var. İddialara görə, kimsə bu kəndi tərk etmək istəsə, özü ilə heç bir şey götürə bilməz. Bankdakı pullarından istifadə etmək üçün icazə almaları lazımdır. Pullarını bankdan çıxardıqları təqdirdə, yenə də kənddən bir əmlak və ya torpaq almaq üçün istifadə etməlidirlər. Əks halda banklardan pul çəkmələrinə icazə verilmir. Burada nə qədər zəngin olsan da, var-dövlətini kənddən çıxara bilməzsən.

Kəndin qurucusu və başçısı Yu Renbao 2013-cü ildə vəfat edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir