Nermine  Abbasova

Bu qidalar ürəyinizi sağlam saxlayacaq – HƏKİM DANIŞIR

Baxış sayı: 595

Bəzi qidalar ürək-damar sisteminin qorunması baxımından çox faydalıdır. Mövzuyla bağlı danışan  Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova ilk olaraq alma haqda danışdı. Onun sözlərinə görə liflə və antioksidanla zəngin olan bu meyvə ürəyinizi qoruyur.

alma

Ürək sağlamlığında bəhs edərkən spanaq, brokollinin də adını qeyd edən həkim deeyir ki, spanaq, brokolli qan təqyiqini normallaşdırır, ürəyin fəaliyyətini bərpa edir.

sarimsaq

Digər bir faydalı qida kimi yulafın adını çəkən Nərminə xanım bildirir ki, yulaf. zərərli xolestrinin yaranmasına əngəl olur ki, bu da ürək sağlamlığı üçün çox önəmlidir.

Yulaf

Mövzuyla bağlı fikirlərini davam etdirərkən çərəzlərdən də danışan terapevt bildirdi ki, çərəzlərin tərkibindəki E vitamini ürək dostu hesab edilir.

cerez

Nərminə xanım zeytun yağının önəmindən də bəhs etdi: “Sadəcə bir neçə çay qaşığı zeytun yağı zərərli xolesterolun səviyyəsini azaldır, qan şəkərini normallaşdırır.”

zeytun yagi

Ürək sağlamlığı üçün qırmızı meyvələrin əhəniyyətinə də diqqət çəkən mütəxəssis bildirdi ki, gilas, çiyələk kimi qırmızı meyvələr qan təzyiqini salaraq, damarları genişləndirir.

ciyelek

Qan dövranını tənzimlənməsinin ürək üçün faydasını xüsusi qeyd edən həkim bu baxından narı özəlliklə qeyd etdi: “Antioksidantla zəngin olan nar qan dövranını tənzimləyir, qandakı hemoqlobini artırır.”

Nar

Son olaraq yaşıl çayın önəmini vurğulayan Nərminə xanım bildirdi ki, hər gün bir stəkan yaşıl çay içmək piylənmədən qoruyur. Xolesterinə qarşı da faydalıdır.

YASIL CAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir