badimcan

Badımcan ilə nə bişirmək olar? – Dadlı və sağlam

Baxış sayı: 537

Badımcanı bir çox insan sevmir. Ancaq o ən dadlı tərəvəzlərdən biridir. Badımcanla müxtəlif şeylər hazırlamaq olar. Beləliklə, bu dadlı yeməklərdən birini sizə təqdim edirik:

 

Lazım olan ərzaqlar: 

Badımcan – 800 qram;

Qıyılmış ət (mal əti) – 500 qram;

Tomat pastası – 500 qram;

Pendir (mozzarella və parmesan) – hər biri 100 qram;

Çörək qırıntıları – 100 qram;

Yumurta – 2 ədəd;

Bitki yağı;

Duz və zövqə görə digər ədviyyatlar.

 

Necə bişirilir?

1. Badımcan bütövdürsə, təxminən bir santimetr qalınlığında dairələr formasında kəsilməlidir.

2. Bir qabda yumurtaları döyün, 2 çay qaşığı su əlavə edin.

3. Ayrı-ayrılıqda Parmezanı və ya digər sərt pendiri sürtgəcdən keçirin, çörək qırıntıları ilə qarışdırın, duz və istiot tökün.

4. Soba qabını hazırlayın və badımcanları orada qoyun, əvvəlcə yumurtaya, sonra isə kraker və pendir qarışığına batırın.

5. 180 dərəcədə sobada 20-25 dəqiqə bişirin və bu zaman qiyməni bitki yağında qızardın, 10 dəqiqədən sonra tomat pastası əlavə edin və hər şeyi qaynadın

6. Soba qabına bir qat badımcan, sonra sousda qiymə, sonra mozzarella qoyun və üstünü  badımcanla örtün.

200 dərəcədə sobada 10-15 dəqiqə hazır vəziyyətə gətirin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir