xərçəng

30 dəqiqədə xərçəng testi

Baxış sayı: 1. 759

İngiltərənin London Universitetinin professorları hazırladıqları yeni texnologiyanın köməyi ilə ağciyər xərçəngini 30 dəqiqə ərzində müəyyənləşdirə biləcəklər. Ağciyərə xərçəng diaqnozu qoymaq uzun vaxt tələb etdiyi üçün yeni texnologiya tibdə dönüm nöqtəsi hesab edilir. Həkimlər ucunda kamera, kiçik UZİ aparatı və iynə olan kiçik cihazla nəfəs borusundan keçərək ağciyəri müayinə edə biləcəklər. Şübhəli hüceyrələr UZİ aparatı ilə baxan həkimlər ehtiyac olarsa iynə ilə biopsiya analizi götürəcəklər. Yeni üsulun 3 illik təcrübədən sonra istifadə olunmağa başladığı haqda məlumat yayılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir