Rənglərin sağlamlığa təsiri – ARAŞDIRMA

Baxış sayı: 1. 450

Qırmızı rəng iş qabiliyyətini artırır. Tənbəlliyin düşmənidir, lakin əsəbiliyə də yol aça bilir.

Hərəkətin daha çox olduğu yerlərdə (uşaq otaqlarında, ictimai yerlərdə) istifadə edilməsi məsləhətdir.

Narıncı rəng həyəcan yaradır. İnsanın yaradıcılıq gücünü artıran, arxayınlıq, cəsarət və ünsiyyət doğurur. Mətbəxdə, uşaq və yemək otağı ilə dəhlizdə istifadəsi məsləhət görülür.

İlham qaynağı sayılan sarı rəng insana nikbin əhvali-ruhiyyə bəxş edir. Mətbəx üçün daha münasibdir. Lakin iş otaqlarında istifadə etmək olmaz, çünki zehni yorğunluğa səbəb ola bilər. İstirahət guşələrində də istifadəsi məsləhət deyil.

Sakitləşdirici rəng olan yaşıl əməkdaşlığa, comərdliyə bir növ çağırışdır. Bu rəng özünü ifadə etməyə köməkçi olur. Otaqları daha geniş göstərir. Yataq və iş otaqlarında da istifadə edilə bilər. Açıq rəngləri divar üçün uyğundur.

Mavi rəng barışı, sevgini ifadə edir. Xəyalpərəstlik və həddindən artıq romantiklik yarada bilər. Sakitləşmək, stresi aradan qaldırmaq üçün yararlıdır. Hərəkətin və işin çox olduğu yerlərdə istifadə edilməməlidir. Tünd tonları tənbəllik yaradır.

Özünə etibarı təmsil edən bənövşəyi rəng xoş əhvala səbəb olur. Bu rəngin eyni zamanda unutqanlıq və səbirsizlik yaratması da məlumdur. Bu rəngin lavanda, yasəmən və orkide tonlarından yataq və iş otaqlarında istifadə etməklə, özünüzə arxayınlıq hissini artıra bilərsiniz.

Ağ rəng enerji sistemini tarazlaşdırır, yaradıcılıq qabiliyyətini ortaya çıxarır və inkişaf etdirir.

Qara, boz və qəhvə rəngi ağır bir enerjiyə malikdir. Qara rəngin tək rəng kimi istifadə edilməsi məsləhət deyil.

Qəhvəyi rəng ictimai tarazlığı və cəmiyyət içində rahatlığı təmin edən təsirə malikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir